Azərbaycan qısa müddət ərzində respublikda beynəlxalq maliyyə hesabatlarının standartlarının (BHMS) tətbiqini təmin etməyi bacardı. Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə cümə axşamı Bakıda MDB-nin İcraiyyə Komitəsi yanında Mühasibat Uçotu üzrə Koordinasiya Şurasının 9-cu iclasında belə bəyan edib.
“Qısa müddət ərzində ölkədə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçid təmin olunub, zəruri hüquqi normativ baza yaradılıb, tədris üçün metodiki vəsaitlər hazırlanıb və beynəlxalq mühasibat uçotunun əsasları üzrə bir neçə mərhələli təlimlərə start verilib.Bu azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindən biridir”,- maliyyə nazirliyinin məlumatında İ.Fətizadəyə istinadən bildirilir.
Koordinasiya Şurasının iclasında Milli Mühasibat Uçotu sistemlərinin inkişafı, o cümlədən Maliyyə Hesabatları Beynəlxalq Standartlarının tətbiqi, qeyri-hökumət təşkilatları üçün mühasibat uçotunun tənzimlənməsi təcrübəsi, mühasibat uçotu sahəsində beynəlxalq təşkilatların fəaliyyəti, MDB ölkələri milli təsərrüfat subyektlərinin birləşdirilən maliyyə hesabatlarının razılaşdırılması üzrə layihə və mühasibat uçotu sahəsində mütəxəssislərin milli sertifikatlarının qarşılıqlı tanınması təcrübəsi ilə bağlı müzakirələr aparılıb.
İclasın işində RF, Belarus,Qazaxıstan, Qırğızıstan, Özbəkistanın Peşəkar Mühasiblər və və Auditorlar İnstitutu və digər qurumların nümayəndələri iştirak ediblər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət