Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Koreya Respublikasının Hankuk Xarici Dillər Universitetinin rektoru Çul Park ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BDU-dan məlumat verilib.
A.Məhərrəmov universitetin yaranma və inkişaf tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri, proqram və qrant layihələrində iştirakı barədə məlumat verib.
Artıq 2007-ci ildən universitetdə Koreya dili və ədəbiyyatının tədris olunduğunu diqqətə çatdıran A.Məhərrəmov həmin ixtisas üzrə 38 tələbənin təhsil aldığını deyib, universitetdə yaradılmış Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin iki ölkə arasındakı dostluq və əməkdaşlığın inkişafında rolundan danışıb, tədqiqatçı və doktorantların mübadiləsinin, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımın, seminar və konfransların təşkilinin maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakının vacibliyini vurğulayıb.
Hankuk Xarici Dillər Universitetinin rektoru Çul Park ölkələrimiz arasındakı elm, təhsil əlaqələrinin daha da genişlənəcəyinə əminliyini bildirib. Çul Park, həmçinin rəhbərlik etdiyi ali təhsil ocağının Mərkəzi Asiyada ilk olaraq Azərbaycan-türk dillərinin tədrisi kafedrasının fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qonaq iki ali təhsil ocağı arasında tələbə-müəllim mübadiləsində maraqlı olduqlarını da vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət