Azərbaycanda korporativ idarəetmə standartlarının bəzi maddələri icbri ola bilər. İqtisadi İnkişaf Nazirliyinin korporativ idarəetmə şöbəsinin müdiri Anar Hacızadə bazar ertəsi jurnalistlərə belə bildirib.
“Bəzi standart maddələr var ki, Mülki Məcəlləyə əlavə və dəyişikliklər formasına salınıb. Əgər bunlar qəbul edilsə (Milli Məclis tərəfindən –İF-Az) onların tətbiqinin icbari olması mümkündür”,- deyə A.Hacızadə qeyd edib.
Onun sözlərinə görə, hazırda 50-dən çox şirkət korporativ idarəetmə standartlarını tətbiq edir.”Standartlar il yarım əvvəl tətbiq edilməyə başlayıb, lakin artıq müsbət dəyişikliklər nəzərə çarpır”,- deyə o bildirib.
Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Orta Asiya üzrə Korporativ İdarəetmə Proqramı üzrə meneceri Oliver Orton söyləyib ki, IFC Azərbaycanda biznes mühitində bu standartların maksimal tətbiqinə nail olmağı planlaşdırır.
“Korporativ idarəetmə standartlarının tətbiqi hesabına Azərbaycanın özəl maliyyə sektoruna $130 mln. investisiya cəlb edilib.Ümumilikdə, bu standartların tətbiqi iqtisadiyyatın dayanaıqlı inkişafına kömək edir”,- deyə İsveçrə Hökumətinin İqtisadi İnkişaf Nazirliyi və İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz üzrə regional direktor müavini Matias Feldman bildirib.
M.Feldman əlavə edib ki, Azərbaycanla əməkdaşlıq müddətində SECO qeyri- neft sektorunda layihələrin reallaşdırılmasına qarant və kreditlər şəklində $70 mln. investisiya ayırıb.
Bazar ertəsi “Təsərrüfat cəmiyyətlərində korporativ idarəetmənin qiymətləndirilməsi üzrə metodologiya”nın prezentasiyası keçirilib.
Azərbaycan 1995-ci ildən IFC-in üzvüdür. Əməkdaşlıq dövrü ərzində korporasiya Azərbaycanda 45 layihənin reallaşdırılmasına $350 mln. həcmində vəsait ayırıb və $104 mln. məbləğində sindikatlaşdırılmış krediti təmin edib.
SECO indiyə qədər Azərbaycanda 24 layihə reallaşdırıb, 9 layihə üzrə işlər davam edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət