Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2012-ci ilin sonuna qədər mobil telefonların İMEİ (İnternational Mobile Equipment İdentification) kodlarının qeydiyyat mərkəzini istifadəyə verməyi planlaşdırır. Bu barədə nazir müavini İltimas Məmmədov çərşəınbə axşamı jurnalistlərə bəyan edib.
“Mobil telefonların İMEİ (İnternational Mobile Equipment İdentification) kodlarının qeydiyyat mərkəzi dekabr ayında fəaliyyətə başlayacaq.
Bu mərkəz ölkəyə qeyri-leqal idxal olunan və ölkənin mobil rabitə şəbəkələrində istifadə olunan mobil cihazları üzə çıxarmağa imkan verəcək”, - deyə İ.Məmmədov bildirib.
Onun sözlərinə görə, İMEİ kodların qeydiyyat sistemi vasitəsilə mobil cihazların qeydiyyat sisteminin (MCQS) vasitəsilə qeydiyyatsız, oğurluq və klon cihazların şəbəkədən istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub.
Nazir müavini həmçinin məlumat verib ki, 2012-ci ilin sonuna kimi “Azerfon” və “Bakcell” şirkətlərinə əhaliyə 4G xidmətinin göstərilməsinə dair lisenziya verilə bilər.
“Həmin şirkətlərlə danışqlar gedir. 2012-ci ilin sonuna kimi lisenziya verilməsi nəzərdə tutulur”, - deyə o vurğlayıb.
Nazirlər Kabineti 2011-ci il dekabın 28-də “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nı təsdiqləyib.
Azərbaycanda üç GSM operatoru fəlaiyyət göstərir – “Azercell”, “Bakcell” və “Azərfon”. “Azercell Telekom” şirkəti 2012-ci ilin may ayında 4G formatında rabitə xidmətlərin göstərilməsinə başlayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət