Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri İsmayı Alpər Coşqunla əməkdaşlıq perspektivlərini müzakirə edib.
“Qardaş ölkələrimiz arasında strateji əməkdaşlığın tarixi koklərinə əsaslanaraq həm regional, həm də nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində vacib iqtisadi layihələr həyata keçirilir”,- deyə V.Talıbov görüşdə qeyd edib.
O Azərbaycanda diplomatik fəaliyyəğtə başlaması münasibəti ilə səfiri təbrik edərək, onun Azərbaycanla Türkiyə arasında əlaqələrin bundan sonrakı inkişafında səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib, ona bu işdə uğurlar arzu edib.
Öz növbəsində İ.A.Coşğun Türkiyə və Azərbaycan arasında qarşılıqlı etimadın, strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsindən məmnun olduğunu bildirib. O Naxçıvanın bu əlaqələrdə xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.
Görüşdə iki ölkə arasındakı əlaqələrin indiki vəziyyəti və perspektivləri barədə geniş fikir mübadiləsi aparaılıb.
İ. A.Coşqun səfəri çərçivəsində Naxçıvan MR-in baş naziri, Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşüb, Naxçıvanın görməli, tarixi yerləri ilə tanışlıqdan sonra Naxçıvan Dövlət Universitetində(NDU) də olub.
“Bir türk kimi mən Bakıda və indi Naxçıvanda gördüyüm inkişafla qürur duydum. İndi tanış olduğum bu universitetin uğurları məni sevindirir”,- deyə Türkiyə səfiri NDU-da olarkən jurnalistlərə söyləyib.
O qeyd edib ki, Bakı-Tbilisi Qars dəmiryolu xəttinin Naxçıvana qədər salınması yalnız Naxçıvan, Türkiyə, Azərbaycan üçün deyil, bütün regiona faydalı olacaq.
“Naxçıvanın bizim ürəyimizdə xüsusi yeri var.Bura zəngin tarixi olan bir diyardır”,- deyə diplomat bildirib.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət