Əmlak Məsələləri Dövlət Komitəsi 2012-ci ilin noyabrına qədər Sumqayıt şəhəri üzrə elektron kadastr məlumat bazasının yaradılmasını başa çatdıracaq. ƏMDK sədrinin müavini Rafik Cəlilov belə söyləyib.
“Sumqayıt şəhəri üzrə elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritəsinin yaradılması üzrə işlər son mərhələdədir və işlər bu ilin oktyabr ayının sonuna qədər başa çatdırılacaq”,- deyə R.Cəlilov çərşənbə günü “Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tətbiqi” layihəsinin ictimai təqdimatında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Sumqayıt şəhəri üzrə elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritəsinin yaradılması Türkiyənin “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.S” tərəfindən həyata keçiriləcək.
“12 ay ərzində həyata keçiriləcək bu layihə çərçivəsində ilk olaraq Bakının Sabunçu və Suraxanı rayonlarında mövcud olan daşınmaz əmlak obyektləri barədə elektron kadastr məlumat bazası yaradılacaq. Bu müddət ərzində həmçinin, Bakı şəhərinin 9 rayonunun daşınmaz əmlaka dair rəqəmsal xəritələrinin tərtibi üçün hazırlıq işləri görüləcək”,- deyə o əlavə edib.
Onun sözlərinə görə, hazırda Almaniyanın KfW bankı tərəfindən maliyyələşdirilən və Gəncə, Şəki rayonlarını əhatə edən “Daşınmaz əmlakın kadastrı” layihəsinin rellaşdırılmasının birinci fazası başa çatdırılıb.
“Yaxın 3 il ərzində Sumqayıt, Bakı,Gəncə şəhərləri, Şəki rayonu üzrə “mükəmməl kadastr”ın, respublikanın digər şəhər, rayon,qəsəbə və kəndləri üzrə “sadə kadastr”ın yaradılmasına nail olmaq niyyətindəyik. Sonrakı illərdə “mükəmməl kadastr”ın yaradılması işləri ölkənin bütün ərazisini əhatə edəcək”,- deyə o qeyd edib.
O əlavə edib ki, Azərbaycanda Ünvan Reyestrinin yaradılması üzrə də işlər aparılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət