Azərbaycanda əmlakın təbii fəalkətlərdən sığortasının qabaqcıl sistemi yaradılmalıdır. Bu barədə Prezident İlham Əliyev çərşənbə günü Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
“Biz son aylar ərzində, eyni zamanda, təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması ilə də ciddi məşğul olmuşuq. Əfsuslar olsun ki, son illərdə Azərbaycan təbii fəlakətlərlə üzləşir. İki il əvvəl böyük daşqın baş verib. Bu il böyük zəlzələ baş verib. Mən zəlzələ zonasında iki dəfə olmuşam. Zəlzələ baş verdikdə və keçən ay. Artıq işin gözəl nəticələrini gördüm. Həm məktəblər qısa müddət ərzində tikilmişdir, həm evlər tikilir, bərpa edilir”, - deyə Prezident bildirib.
Dövlət başçısı həmçinin qeyd edib ki, bu məqsədlər üçün həm Prezidentin ehtiyat fondundan, həm də dövlət büdcəsindən kifayət qədər böyük məbləğlər - 300 mln. manatdan çox vəsait ayrılıb.
“Demək istəyirəm ki, heç bir dövlətdə, yəni inkişaf etmiş dövlətlərdə təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması, yəni o mənada ki, evlərin tikintisi heç zaman dövlət büdcəsi vəsaitinə həll edilmir. Bütün evlər sığortalıdır. Hər bir vətəndaş öz evini sığortalamalıdır”, - deyə İ.Əliyev qeyd edib.
“Əlbəttə, heç kim təbii fəlakətləri proqnozlaşdıra bilməz. Zəlzələ elə şeydir ki, heç bir ölkə onun qarşısını ala bilməz. Ona görə, hesab edirəm ki, biz indidən bu məsələ ilə bağlı ciddi məşğul olmalıyıq. Yeni sistem tətbiq edilməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsi öyrənilməlidir və hökumət yaxın zamanlarda bu məsələ ilə bağlı konkret təkliflər verməlidir”, - deyə o vurğulayıb.
Bundan başqa, Prezident qaçqın və məcburi köçkünlərin təmin edilməsi məsələsinə toxunub.
Onun sözlərinə görə, bu il bu məqsədlər üçün Neft Fondundan rekord məbləğ – 300 mln. manat nəzərdə tutulub. Bu vəsaitlə yeni qəsəbələr salınır.
“Mən bu qəsəbələrin açılışlarında iştirak edirəm və görürəm ki, doğrudan da biz insanlara sevinc bəxş edirik, onları ağır vəziyyətdən çıxarıb normal şəraitlə təmin edirik”, - deyə dövlət başçısı bildirib.
“Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlər vardır. Ancaq uşaq bağçalarında, hərbi hissələrin ərazilərində, yataqxanalarda kifayət qədər çox köçkün yaşayır. Biz həm onların vəziyyətini yüngülləşdirəcəyik, eyni zamanda, uşaq bağçaları ilə də bağlı bizim böyük planlarımız vardır”, - deyə Prezident əlavə edib.
“İndi Bakı şəhərində bütün uşaq bağçaları təmir edilir, yeni bağçalar tikilir. Çünki mövcud imkanlar tələbatın yalnız 20%-ni ödəyir. Uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilib. O vaxt əhalinin sayı o qədər çox deyildi”, - deyə İ.Əliyev bildirib.
O qeyd edib ki, əvvəllər uşaq bağçalarının vəziyyəti elə ağır idi ki, heç bir valideyn uşağı oraya vermək istəmirdi. İndi vəziyyət dəyişib. “Valideynlər istəyirlər ki, uşaqlarını oraya versinlər, amma fiziki imkanlar yoxdur (uşaq qəbulu üzrə - İF-Az). Gələn ilin İnvestisiya Proqramında uşaq bağçalarının tikilməsi və bəlkə də mövcud bağçaların yanında yeni korpusların inşası məsələlərinə baxmalıyıq. Həm məktəblər, həm uşaq bağçaları tikilərkən onların ərazisi çox böyük götürülür. Bu, sovet dövrünün çox müsbət siyasəti idi. İndi o ərazilərdə yeni korpuslar tikilməlidir. Əminəm ki, növbəti illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcək”, - deyə Prezident bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət