Azərbaycanin yol-nəqliyyat sektorunun inkişafına qoyulan investisiyaların ümümi həcmi 2012-ci ilin yanvar-sentyabr aylarında 1,7 mlrd. manat təşkil edib.Nəqliyyat naziri Ziya Məmmədov Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayı ərzində ölkənin sosial –iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında çıxışında belə bildirib.
“2012-ci ilin 9 ayı ərzində Azərbaycanda bütün nəqliyyat növləri üzrə yükdaşımaların həcmi 114 mln. ton, sərnişin daşımaların sayı 1,2 mlrd. nəfər təşkil edib. Bununla yanaşı, dəmir yolları ilə 16,7 mln. ton, su nəqliyyatı ilə 9,3 mln. ton, avtomobil nəqliyyatı vasitəsi ilə 87,9 mln. ton yük daşınıb. Limanlarda yükboşaltmaların həcmi 9,1 mln. ton təşkil edib”,- deyə nazir qeyd edib.
Onun sözlərinə görə, hesabat dövründə Azərbaycanda 362,8 km avtomobil yolu, o cümlədən 77,5 km respublika əhəmiyyətli, 285.3 km yerli əhəmiyyətli yol təmir edilib, 11 körpü tikilib.
“2012-ci ilin 9 ayı ərzində Bakıya böyük və orta tutumlu 400 yeni avtobus,1000 London taksisi, 1085 yeni taksi gətirilib. Bundan başqa, bu dövr ərzində paytaxtda 75 km yol təmir edilib,5 yeraltı piyada keçidi istifadəyə verilib”,- deyə Z.Məmmədov qeyd edib.
O əlavə edib ki, su nəqliyyatının inkişafı çərçivəsində Xəzər Dəniz Gəmiçiliyi mövcud köhnə bərə və gəmilərin yeniləri ilə əvəz edilməsi işini davam etdirir. “Hazırda Xarvatiyaya sifariş verilmiş, hər birinin 54 vaqon tutumu olan iki bərə ölkəyə gətirilmək üzrədir. Yaxın vaxtlarda onlar istismara veriləcək”,- deyə o qeyd edib.
Bundan başqa, yeni Bakı beynəlxalq dəniz ticarəti limanının tikiləcəyi ərazinin hazırlığı və liman komleksinə aparan yeni yol infrastrukturunun inşası üzrə hazırlıq işləri davam etdirilir.Həmçinin, yeni limanın akvatoriyasında dəniz dibinin dərinləşdirilməsi işləri başa çatmaq üzrədir.
Nazir həmçinin, qeyd edib ki, “Azərbaycan Hava Yolları” QSC 2012-ci ildə “Boeing-767” tipli iki təyyarə alıb, daha iki təyyarə alınması barədə “Boeing” şirkəti ilə saziş bağlanılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət