Azərbaycanda 130 minə yaxın ailə ünvanlı sosial yardım alır. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov çərşənbə günü Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
“Ünvanlı yardım proqramı hazırda 127 minə yaxın ailəni əhatə edir. Hər ailəyə isə ayda orta hesabla 112 manat vəsait ödənilir”, - deyə F.Ələkbərov bildirib.
Onun sözlərinə görə, araşdırmalar göstərir ki, ünvanlı yardım alan ailələrin təxminən 40%-nin ailə tərkibində və əmlak vəziyyətində yaxın illərdə onların bu növ dəstək almaq hüququna təsir edəcək dəyişikliklər gözlənilmir. Ona görə də belə ailələrə təyinat müddətinin 2-3 ilədək uzadılması barədə aidiyyəti orqanlara təkliflər göndərilib.
F.Ələkbərov qeyd edib ki, “Özünədəstək” pilot layihəsi çərçivəsində Azərbaycanın 13 reqionda proqrama 281 ailə cəlb edilib.
“Aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsi mexanizminin tətbiqinə hazırlıq işləri aparılır. Bununla da müəyyən potensiala malik yoxsul ailələr şəxsi təsərrüfatlarını inkişaf etdirmək imkanı əldə edəcəklər. Ünvanlı yardım alan ailələrın sayı 30%-ə qədər azalacaq”, - deyə F.Ələkbərov izah edib.
Nazir əlavə edib ki, son bir neçə il ərzində respublikada müharibə əlilləri və şəhid ailələri üçün 5 minə yaxın mənzil tikilərək istifadəyə verilib. Cari ilin sonuna kimi, daha 411 mənzilin istifadəyə verilməsi planlaşdırılır.
O həmçinin bildirib ki, yaxın aylarda ölkənin müxtəlif bölgələrində 510 mənzildən ibarət binaların inşasına başlanacaq.
Bunan başqa, F.Ələkbərov qeyd edib ki, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarət gücləndirilib. istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2003-dən 153-ə, belə hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 57 nəfərə enib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət