2012-ci ilin sentyabr ayında Azərbaycanda inflyasiya avqust ayı ilə müqayisədə 0,6% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Sentyabr ayında ərzaq məhsullarının qiymətləri 1,1%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,2% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri sabit qalıb.
Hesabat ayında ərzaq məhsullarından unun, çörəyin, mal və qoyun ətinin, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, limonun, bananın, xiyar və pomidorun, bibərin, badımcanın, göy lobyanın, göyərtinin, sarımsağın qiyməti bahalaşıb.
Sentyabr ayında düyünün, manna yarmasının, qarabaşaq yarmasının, yumurtanın, kərə yağının, zeytun və günəbaxan yağlarının, şəkər və şəkər tozunun, almanın, armudun, üzümün, kələmin, soğanın, kartofun, çuğundurun, kökün qiymətlərində ucuzlaşma müşahidə olunub.
Statistik məlumatlara görə, sentyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən hava nəqliyyatında MDB və beynəlxalq reyslər üzrə sərnişindaşıma və təhsil haqları tariflərində bahalaşma müşahidə olunub.
2011-ci ildə Azərbaycanda orta illik inflyasiya 7,9% təşkil edib.
Xəbər verildiyi kimi, 2012-ci ildə Azərbaycan hökuməti orta illik inflyasiyanı 4,7% səviyyəsində proqnozlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət