“Cənub qaz dəhlizi”nin yaradılmasına çəkiləcək ümumi xərclər $40 mlrd. səviyyəsində qiymətləndirilir. bp şirkətinin nəqletmə bölməsinin maliyyə xidmətinin rəhbəri Ernesto Daza çərşənbə axşamı Bakıda keçirilən VI Xəzər neft və qaz ticarət-nəqliyyat konfransında belə söyləyib.
“Cənub qaz dəhlizi”nin yaradılmasına “Şahdəniz” yatağından qaz hasilatı (Mərhələ-2-İF) və ixrac qaz nəqliyyat infrastrukturunun yaradılmasına çəkiləcək xərclər də daxil olmaqla $40 mlrd. səviyyəsində qiymətləndirilir”,- deyə E.Daza bildirib.
O qeyd edib ki, bp şirlkəti Avstraliya və ABŞ-da bu cür layihələr həyata keçirərək təcrübə toplayıb.
“Cənub qaz dəhlizi layihəsi uğurlu olacaq, çünki Avropa qaz tədarükçülərinin diversifikasiyasına və etibarlı qaz nəqlinə ehtiyac duyur”,- deyə o qedy edib.
E.Daza əlavə edib ki, “Cənub qaz dəhlizi” üçün “Şahdəniz” yatağından Mərhələ-2 çərçivəsində istehsal edilən qazla yanaşı, “Abşeron” və “Azəri- Çıraq- Günəşli” blokunun dərin laylarından çıxarılan qazn qaz əlavə baza ola bilər. Qeyd edək ki, “Abşeron” yatağının işlənilməsi 2020-ci ilə planlaşdırılır.
“Biz hazırda AÇG blokunun dərin qatlarının işlənməsi imkanlarını müzakirə edirik və bu layların işlənməsinə “Abşeron” yatağı ilə eyni vaxtda başlamaq olar”.- deyə E.daza qeyd edib.
SOCAR şirkətinin İnvestorlarla Əlaqələr Departamentinin rəhbəri Pərviz Babayev öz növbəsində qeyd edib ki, Azərbaycan qazının Avropaya nəqli üçün TAP və Nabucco-west boru kəməri layihələri arasında son qərar 2013-cü ilin ortalarında veriləcək.Bununla yanaşı, o deyib ki, bu məsələnin həllində Azərbaycandakı təbii qaz ehtiyatlarına əsaslanmaq lazımdır.
“Azərbaycanda təsdiq edilmiş karbohidrogen ehtiyatları neft ekvivalenti ilə 4,55 mlrd. ton təşkil edir. Qaz ehtiyatlarına gəlincə, “Şahdəniz” yatağının ehtiyatları 1,2 trln. kubmetr qaz və 240 mln. ton kondensat həcmində qiymətləndirirlir. Bundan başqa, SOCAR öz qüvvəsi ilə “Ümid” yatağını işləyir ki, onun ehtiyatları 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirirlir”,- P.Babayev qeyd edib.
O əlavə edib ki, “Babək”(400 mlrd. kubmetr qaz və 80 mln. ton kondensat), “Abşeron”(340 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat) “ Naxçıvan” yataqlarının və “Şəfəq- Asiman” strukturunun işlənmə planları hazırlanır.
“Azərbaycan qazının gələcək marşrutu bu ehtiyatlar nəzərə alınmaqla seçilməlidir”,- deyə departament rəhbəri qedy edib.
Xəbər verildiyi kimi, Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan bu iki boru kəməri layihəsi arasında qəti seçim 2013-cü ilin mau ayında ediləcək.
“Şahdəniz” yatağının işlənilməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları: BP (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), NICO (10%), “TOTAL” (10%) və TPAO (9%) şirkətləridir.
“Mərhələ-2”-nin dəyəri $20 mlrd. məbləğində qiymətləndirilir. İllik hasilat həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək. “Mərhələ-2” üzrə qaz hasilatı 2017-ci ildə nəzərdə tutulub.
Hazırda “Şahdəniz” konsorsiumu “Nabucco West” və TAP layihələrini qiymətləndirir.
TAP (Trans Adriatic Pipeline) layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin qücü illlik 10 mlrd. kubmetr qaz təşkli edir. Lakin tələbatdan asılı olaraq bu rəgəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür.
“Nabucco-West” layihəsi “Nabucco”-nun yenilənmiş variantıdır və Türkiyə-Bolqarıstan sərhədindən Baumqartenədək (Avstriya) qaz boru kəmərinin çəkilməsini nəzərdə tutur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət