Azərbaycan Beynəlxalq Bankı (ABB) və “Diners Club” beynəlxalq ödəniş sistemi əməkdaşlığa dair saziş imzalayıblar.
Sazişi çərşənbə günü ABB tərəfindən İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayev və “Diners Club”un Avropa və Yaxın Şərq üzrə direktoru Jan Fransua Pol imzalayıblar. Bu barədə imzalanma mərasimində iştirak edən “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
İmzalanan sənədə əsasən, ABB-yə “Diners Club”un plastik kartlarının Azərbaycan ərazisində ödəniş üçün qəbul edilməsi eksklüziv hüququ verilir.
“Diners Club” ilə əməkdaşlığın əldə edilməsi bizim üçün şərəfdir. Əməkdaşlığımız mərhələli şəkildə inkifaş edəcək”, - deyə E.Mustafayev mərasimdə bildirib.
“Ölkəyə gələn turistlər və müxtəlif beynəlxalq tədbir iştirakçıları plastik kartların istifadəsi zamanı çətinliklərlə qarşılaşırlar. Bu səbəbdən, ilk mərhələdə biz bankomat şəbəkəsini genişləndirəcəyik. Bu həmin çətinlikləri aradan qaldırmağa kömək edəcək. Növbəti mərhələdə nağd pul çıxarmaqla bağlı problemləri həll edəcəyik”, - deyə E.Mustafayev qeyd edib.
O həmçinin vurğulayıb ki, “Diners Club” ilə əməkdaşlıq Azərbaycanın bank sektorunun inkşafına böyük təkan verəcək.
J.F.Pol öz növbəsində Azərbaycanın aparıcı bankı olan ABB ilə əməkdaşlıq imkanından məmnunluğunu ifadə edib.
ABB hazırda “Visa International”, “MasterCard” və “American Express” ilə əməkdaşlıq edir.
1950-ci ildə yaradılan “Diners Club” dünyada plastik kartları təklif edən ilk şirkət olub.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. AMB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət