2012-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında əməliyyatların həcmi 8,2 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 34% çoxdur. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) məlumatında deyilir.
Məlumatda bildirilir ki, QKDK-nın 2012-ci ilin 9 ayı ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
İclasda qiymətli kağızlar sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, QKDK-nın beynəlxalq əlaqələrinin gücləndirilməsi istiqamətində görülmüş işlər müzakirə edilib.
İclasın yekunları üzrə QKDK sədri Rüfət Aslanlı struktur bölmələrə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında Qiymətli Kağızlar Bazarının İnkişafına dair” Dövlət Proqramında ilin sonuna qədər nəzərdə tutulmuş tədbirlərin müəyyən edilmiş müddət ərzində tamamlanması, “Kapital bazarlarının müasirləşdirilməsi” layihəsi ilə əlaqədar işlərin sürətləndirilməsinə dair tapşırıqlar verib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət