2012-ci ilin yanvar-sentyabr aylarında “Aqrolizinq” ASC 27,5 mln. manat dəyərində kənd təsərrüfatı texnikası və avadanlığı alıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
“Kənd təsərrüfatının texnika ilə təchizatının yaxşılaşdırılması istehsalın səmərəliliyinin yüksəldilməsində, məhsulun həcminin və keyfiyyətinin artırılmasında mühüm rol oynayır”, - deyə məlumatda qeyd edilir.
Cari ilin yanvar-sentyabr aylarında “Aqrolizinq” 27,5 mln. manat dəyərində 1 876 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 639 ədəd traktor, 637 ədəd kotan, 121 ədəd otbiçən, 48 ədəd taxılyığan kombayn, 26 ədəd gübrəsəpən maşın, 121 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları satın alıb.
Xəbər verildiyi kimi, "Aqrolizinq" 2012-ci ildə kənd təsərrüfatı texnikası, mineral gübrə və mal-qaranın satın alınması üçün dövlət büdcəsindən 35 mln. manat vəsait alacaq.
2005-2011-ci illərdə "Aqrolizinq" ASC aqroservis filiallarının tikintisinə, kənd təsərrüfatı texnikası və avadanlığının, mal-qara və mineral gübrələrin alınmasına 430,4 mln. manat yönəldib.
"Aqrolizinq" ASC 2004-cü ilin oktyabr ayında təsis edilib və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət