Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti 2012-ci ilin iyun- sentybar aylarında 182 təsərrüfat subyektinə qarşı 165 min manat məbləğində cərimə tətbiq edib. Xidmərtin rəisi Əbülfət İmanov cümə axşamı keçirilən mətbuat konfransında belə bildirib.
Onun sözlərinə görə tətbiq edilən cərimələrdən 50 min manatı artıq ödənilib.
“Son dörd ay ərzində biz 600-dən çox obyektdə yoxlmalar aparmışıq.Yoxlamaların 30%-dən çoxu çörək istehsalı ilə məşğul olan müəssisələri əhatə edib”,- deyə Ə.İmanov bildirib.
O söyləyib ki, yoxlamaların ümumi sayından 323-ü qida məhsulları istehsalı ilə məşğul olan obyektlərədə, o cümlədən 52-si alkoqolsuz içki, 25 süd məhsulları, 25-i ət və ət məhsulları istehsal edən obyektlərdə aparılıb.
“Xidmət həmçinin, "RJ Chemical” MMC və “Asena”MMC-nin fəaliyyətində qanun pozuntuları aşkarlayıb.Bu müəssisələr istehsal etdikləri yuyucu vasitələri istehlakçılara şampun adıyla təqdim ediblər.
Bu “şampunlara” hətta aralarında “Hyatt Regency” və “Landmark” ın da olduğu bir çox beşulduzlu otellərdə rast gəlmək olar”,- deyən xidmətin baş məsləhətçisi Aftandil Muradxanov əlavə edib ki, hər iki şirkərə qarşı müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
Dövlət Komitəsinin şöbə müdiri Mahir Yusifov mətbuat konfransında bildirib ki, bu dörd ay müddətində 10 sement istehsalçısı da cərimələnib. “Sement istehsalı prosesində, markalamada qanun pozuntuları açkarlanıb”,- deyə o bildirib.
“Həmçinin, şadlıq evlərində də bir çox səhlənkarlıqlara yol verilir, xüsusən 250 nəfər üçün nəzərdə tutlan zallarda 400 nəfərdən çox insan yerləşdirilir. Bundan başqa, şadlıq evlrində bəzi yeməklər resepturasız hazırlanır, sanitariya normalarına əməl edilmir”,- deyə komitənin şöbə müdiri Mənsim Babayev qeyd edib.
O əlavə edib ki, “Şadlıq evlərinin standartı” layihəsi artıq hazırdır və ekspert qrupuna təqdim edilib.” Standart şadlıq evlərinin fəaliyyəti ilə bağlı bütün detalları, o cümlədən zallarda stol və stulların sayını nəzərdə tutur. Standarta əsasən şadlıq evlərinə qarşı qoyulan bütün tələblər sərtləşdirəcək”,- deyə M.Babayev vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət