Azərbaycanda hazırda 50 mehmanxana və mehmanxana tipli obyektlərin tikntisi aparılır. Bu barədə mədəniyyət və turizm nazirininn müavini Nazim Səmədov cümə günü Azərbaycan və Avstriyanın turizm imkanlarına həsr olunan “Dostluq Konfransı”nda çıxış edərək bəyan edib.
“2001-ci ildə respublikada hotellərin sayı 69, 2006-cı ildə - 288 təşkil edib. Hazırda Azərbaycanmda 31,85 min yerlik 506 mehmanxana və mehmanxana tipli obyektlər mövcuddur. Bundan başqa, 50 hotel və hotel tipli obyektlərin tikintisi davam etdirilir”, - deyə N.Səmədov bildirib.
Onun sözlərinə görə, hotel və mehmanxanaların sayının bu cür artımı respublikanın turizm sektorunun göstəricisidir.
“Azərbaycan turizm sahəsində çox böyük potensiala malikdir. Ölkə əhalisinin gülərüz olması ən böyük müsbət cəhətdir. Bu bütün dünyadan turistlərin cəlb olunmasının inkişafı üçün böyük məna kəsb edir”, - deyə Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) Fəxri Şurasının sədri Peter Şieder bəyan edib.
Onun sözlərinə görə, ATAZ-ın əsas məqsədi Azərbaycan turizm sektoruna Avstriya şirkətlərinin diqqətini cəlb etməkdir.
Avstriyanın Azərbaycandakı səfiri Silviya Meyer-Kajbik bəyan edib ki, ölkələr arasında turizm sahəsində əməkdaşlıq səmərəli və əlverişli olacaq. Xüsusən ona görə ki, “ölkələrin biri-birindən öyrəniləsi şeylər çoxdur”. “2011-ci ildə 34,6 mln. turist Avstriyaya səfər edib, bu isə 30,5 mlrd. avro məbləğində potensial gəlir eməkdir. Avstriya turizm ölkələrinin “TOP-12”-nə daxildir. Bu səbəbdən bzim Azərbaycanla bölüşəcəyimiz bir çox məqamlar var”, - deyə diplomat əlavə edib.
S.Meyer-Kajbik qeyd edib ki, Avstriya şirkətləri Azərbaycanda bir sıra hotel və turizm obyektlərinin tikintisində, avadanlıq tədarükündə iştirak ediblər.
ATAZ-ın baş katibi Dorotea Kipperman vurğulayıb ki, Palatanın prioritet istiqaməti ikitərfli turist axınının artırılmasıdır.
İki günlük konfransın təşkilatçıları ATAZ və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (Azpromo).
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət