Azərbaycan və ABŞ arasındakı əməkdaşlıq son illər regional çərçivədən çıxaraq beynəlxalq xarakter alıb.ABŞ-ın Azərbaycandakı səfirinin müavini Adam Sterlinq belə hesab edir.
“Azərbaycanın dünyadakı, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasındakı rolu böyüməkdədir.Biz münasibətlərimizin, o cümlədən regional məsələlərdə əlaqələrimizin dərinləşməsi tərəfdarıyıq”,- deyə A.Sterlinq “Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, son 10 il ərzində Bakı və Vaşinqton arasında ikitərəfli əməkdaşlıq çərçivəsində təhlükəsizlik üzrə əhəmiyyətli irəliləyişlərə nail olunub.Tərəflər ümumi maraqları çərçivəsində aktiv siyasi dialoqa girir, bu istiqamətdə təcrübə mübadiləsi aparırlar.
“Kütləvi qırğın silahlarının yayılması və terrorizmə qarşı birgə mübarizə aparılır, həmçinin sərhədlərin müdafiəsinin təmin edilməsi işində əməkdaşlıq edilir”.- deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, tərəflər ISAF proqramı çərçivəsində uğurla əməkdaşlıq edirlər.
“Bizim çox mürəkkəb regional problemlərimiz var ki, bunlardan biri də Əfqanıstanın təhlükəsiziyinin təmin edilməsidir. Ərazisindən bu ölkəyə qeyri- hərbi yüklər daşımaq üçün nəqliyyat dəhlizi kimi istifadə edilən Azərbaycan bu məsələdə ABŞ-ın vacib tərəfdaşıdır”.- deyə A.Sterlinq bildirib.
İranın nüvə proqramı məsələsinə toxunan diplomat Tehranı nüvə əməkdaşlığı üzrə beynəlxalq sazişə qoşulmağa dəvət edib.
Sonda A.Sterlinq BMT-nin Təhlükəsizlik Şurasının qeyri daimi üzvü kimi Suriya böhranında Azərbaycanın tutduğu mövqeyi yüksək qiymətləndirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət