Azərbaycan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanmış "Doing-Business – 2013: kiçik cə orta müəssisələrin fəaliyyətinbin tənzimlənməsinə məntiqi yanaşma” reytinq cədvəlində 67-ci yeri tutub.
Xəbər verildiyi kimi, Azərbaycan “Doing Business – 2012” hesabatında 183 ölkə arasında 66-cı yeri tutub.
“Doing Business”in saytında dərc edilmiş hesabata əsasən, Azərbaycan bir sıra indikatorlarla yanaşı qlobal reytinqdə də öz yerini yaxşılaşdırıb. Xüsusilə, vergilərin ödənişi indikatoru üzrə 76-cı, beynəlxalq ticarətin aparılması üzrə 169-cu yeri tutub.
Bir sıra indikatorlar üzrə Azərbaycan reytinq cədvəlində mövqeyini qoruyub.Xüsusən, “müqavilələrin icrası” indikatoru üzrə reytinqdə Azərbaycan 25-ci, mülkiyyətin qeydə alınması üzrə 9-cu, biznesin bağlanması üzrə 95-ci, “biznesin başladılması” üzrə 18-ci yerdə qərarlaşıb.
Azərbaycanın 45 indikator üzrə mövqeyi pisləşib. Ölkə “tikintiyə icazə almaq indikatoru” üzrə 177-ci, “kreditlərin alınması” üzrə 53-cü, investorların hüquqlartının qorunması üzrə 25-ci, “elektrik enerjisinin alınması” üzrə 175-ci yeri yutub.
Ümumilikdə, DB və İFC-nin qiymətləndirməsinə görə, Azərbaycan son ildə bu istiqamətdə heç bir islahat aparmayıb.
Post- Sovet məkanı ölkələri arasında Azərbvaycanın mövqeyini Gürcüstan (9-cu yer). Estoniya (21-ci yer), Latviya (25-ci yer). Litva(27-ci yer). ermənistan (325-ci yer) Qazaxıstan(49-cu yer) və Belarus (58-ci yer) qabaqlayır.
Post- Sovet məkanının digər ölkələri Azərbaycana nisbətən daha aşağı mövqelərdə qərar tutublar.
Yeni məruzəyə əsasən, inkişaf edən ölkələrin yerli iş adamları hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağın on il öncəyə nisbətən daha asan olduğunu hesab edirlər. Bu da bütün dünyada hüquqi –normativ praktikanın təkmilləşməsində əhəmiyyətli irəliləyişdən xəbər verir.
Xüsusən, 2005-ci ildən müəssisələrin yaradılması üçün orta müddət 50 gündən 30 günə qədər azaldılıb, aşağı gəlirli ölkələrdə bu müddət yarıya endirilib.
Son 8 ildə mülkiyyət hüququnun verilməsi müddəti 35 gün azldılaraq 90 gündən 55 günə endirilib. Orta qiymət isə,1.2 faiz bəndi azalıb- əmlakın 7.1 faiz dəyərindən 5.9 faizədək.
Son 8 ildə vergi intizamının sadələşdirilməsi istiqamətində nailiyyətlər əldə edilib. Bunun nəticəsində əsas vergi parametrlərinə (mənfəət vergisi, işçi qüvvəsi və istehlak) əməl edilməsi üçün hər il tələb olunan vaxt orta hesabla 54 saat azalıb.
Məlum olduğu kimi, hesabatın hazırlanma prosesində son il ərzində 108 ölkədə 201 hüquqi-normativ islahat həyata keçirilib ki, bu da yerli sahibkarlar üçün biznes şəraitini asanlaşdırıb.
Hüquqi- normativ islahatların sayının çoxusu Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin payına düşür.Bununla yanaşı,bu region ölkələrinin 88%-i “biznesin aparılması”nda araşdırma mövzusu olan ən az bir islahat aparıb.
Məruzədə qeyd edildiyi kimi, maliyyə çətinliyi çəkən Avropa ölkələri sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması üzrə uzunmüddətli artımın möhkəm əsaslarının yaradılması çərçivəsində iş aparırlar.
Sinqapur biznesin aparılması üzrə əlverişli şəraitin yaradılması reytinqinə yeddinci ildir başçılıq edir. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi üçün əlverişli şəraiti olan 10 ölkə siyahısına Honkonq, Yeni Zelandiya, ABŞ, Danimarka, Norveç, Böyük Britaniya, Koreya Respublikası, Gürcüstan və Avstraliaya daxildir.
Biznesin aparılmasında son ildə əhəmiyyətli sadələşdirmə və yaxşılaşdırma nümayiş etdirən ölkələrin siyahısında Polşa, Şri-Lanka, Ukrayna, Özbəkistan, Burundi, Kosta- Rika, Monqolustan, Yunanıstan, Serbiya və Qazaxıstanın adları var.
Xəbər verildiyi kimi, “Doing Business-2012” hesabatına əsasən, Azərbaycan ayrı- ayrı indikatorlar üzrə aşağıdakı göstəriciyə malikdir: “müqavilələrin icra edilməsi” üzrə 25-ci , mülkiyyətin qeydiyyatı üzrə 9-cu, vergilərin ödənməsi üzrə 81-ci, beynəlxalq ticarətin aparılması üzrə 170-ci, tikintiyə icazə alınması üzrə 172-ci, biznesə başlanması üzrə 18-ci, kreditlərin alınması üzrə 48-ci, investorların hüquqlarının müdafiəsi üzrə 24-cü, biznesin bağlanması üzrə 95-ci, elektrik enerjisinin alınması üzrə 173-cü yeri tutub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət