2013-cü il 11-13 aprel tarixində Bakıda ilk dəfə Xəzər beynəlxalq su texnologiyaları (“CATEF-2013”) sərgi və forumu keçiriləcək. Bu barədə tədbirin təşkilatçısı olan “Iteca Caspian LLC” şirkətidir.
“Sərgi və forumunun məqsədi beynəlxalq əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinə, sənaye istehsalı və bələdiyyə təsərrüfatında ən yeni, ekoloji cəhətdən zərərsiz texnologiyaların tətbiq edilməsinə, çay və su hövzələrinin çirklənmə səviyyəsinin azaldılmasına, ucqar kəndlərin içməli su ilə təmin edilməsinə, eləcə də kənd ərazilərində suvarma suyu probleminin həllinə və s. kömək etməkdir”, - deyə məlumatda qeyd olunur.
“CATEF-2013” sərgisində 100-dən çox texnologiya şirkəti, təchizatçılar, istehlakçılar, ekoloqlar, inşaat şirkətləri və digərlərinin iştirakı gözlənilir.
Sərgi çərçivəsində su təchizatı, tullantı sularının təmizlənməsi və axıdılması, su ehtiyatlarının bölgüsü, su analizi üzrə ölçmə və tənzimləmə texnologiyaları, klapanlar, nasoslar, sistemin yüklənməsi, informasiya texnologiyaları avadanlıqları vasitəsi ilə idarəetmənin möhkəmləndirilməsi, yerüstü və yeraltı suların mühafizəsi, inşaat texnikası, maşın və avadanlıqlar, qazıma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, daşqınlardan mühafizə, suyun təmizlənməsi və geotermik texnologiyalar təqdim olunacaq.
Sərgi ilə paralel olaraq suyun hasilatı və təmizlənməsi üzrə yeni texnologiya və avadanlıqlara həsr olunmuş forum da keçiriləcək. Forumun əsas mövzuları: içməli suyun təmizlənməsi üçün innovativ texnologiyalar, tullantı və yağış sularının təmizlənməsi, törəmə məhsulların istifadəsi, kommunikasiya xətlərinin tranşeyasız inşası üsulları, bataqlıqların və süni göllərin qurudulması, ekoloji zonalar və s.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət