Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Bakı yod” ASC-nin səhmlərinin 94,46%-ni yenidən investisiya müsabiqəsinə çıxarıb.Bu barədə “ İnterfaks -Azərbaycan” agentliyinə Komitədən məlumat verilib.
Dövlət komitəsinin elanına əsasən, nominal dəyəri 2 manat olan 95,859 min səhmin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakşıları tərəfindən hazırlanan investisiya proqramı müəssisənin hazırki fəaliyyətinin təkmilləşməsinə yönəlməlidir.Proqrama yeni texnologiyaların tətbiqi, istehsal edilən məhsulun keyfiyyətinin və çeşidlərinin artırılması, istehsal gücünün tədricən artırılması və iş yerlərinin bərpası, mövcud tikililərin yenidən qurulması, yeni iş yerlərinin açılması və işçilərin sosial təminatı üzrə təkliflər daxil edilməlidir
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 100 min manat köçürməlidir.
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi bəyan edilmiş sərmayənin həcminin 5%-ni 60 gün ərzində SC-nin hesabına, səhmlərə görə müsabiqə təklifində nəzərdə tutulmuş vəsaiti dövlət büdcəsinə köçürməlidir
Müsabiqə üzrə təkliflər 2012-ci il dekabrın 3-dək qəbul ediləcək. Təkliflər dekabrın 5-də qiymətləndiriləcək.
Xəbər verildiyi kimi, ƏMDK bu müəssisənin səhmlərini 2010-cu ilin avqust, 2011-ci ilin sentyabr ayında investisiya müsabiqəsinə çıxarıb. Lakin alıcı tapmaq mümkün olmayıb.
“Bakı yod” ASC Bakı şəhərində yerləşir. 1930-cu ildə istifadəyə verilən müəssisədə texniki yod və yod-kalium istehsal edilir.
2012-ci il oktybarın 1-nə müəssisənin kapitalı 202,968 manat öhdəliyi 206,195 min manat, debitor borcları 164,455 min manat təşkil edib. ASC-nin iki nəfər işçisi var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət