Azərbaycan Bəstəkarlar İttifaqında ХХ əsrin görkəmli bəstəkarı Emin Sabitoğlunun yubileyinə həsr edilən gecə keçirilib.
Gecəni giriş nitqi ilə Bəstəkarlar İttifaqın sədri Firəngiz Əlizadə açıb. Sonra Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan xalq artisti, bəstəkar Sevda İbrahimova, musiqişünas, əməkdar incəsəsnət xadimi Zemfira Qafarova və b. çıxış ediblər.
Qeyd olunub ki, Emin Sabitoğlu bir çox musiqi janrlarının ustadı olub. O 600 mahnı, doqquz musiqi komediyası, bir çox filmlərə mahnıların, simfoniya və simfonik poemaların, kantata, simli kvartet və skripka və fortepiano üçün poemanın müəllifidir. Onun əsərləri Azərbaycan xalqının musiqi bəstəkarlıq sənəti xəzinəsinə daxil edilib.
Sonra gecə iştirakçıları üçün ilk dəfə bəstəkar Emin Sabitoğlu haqqında 37 dəqiqəlik “Gün keçdi....” sənədli filmi nümayiş edilib. Filmin ssenari müəllifi Emin Sabitoğlunun qızı, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudovadır.
Gecədə ilk dəfə E.Sabitoğlunun Nazim Hikmətin sözlərinə yazdığı iki romans və Rəsul Rzanın sözlərinə yazdığı bir romans səslənib. Romansları Opera və Balet Tatrının solisti, beynəlxalq müsabiqələr laureatı Fərid Əliyev ifa edib.
Bəstəkar Emin Sabitoğlu 1937-ci il noyabr ayının 2-də Bakıda anadan olub. Konservatoriyada Qara Qarayevin sinfini bitirib. Sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasına keçirilib. 1961-ci ildən etibarən “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü.Hacıbəyov adına Dövlət Konservatoriyasında müəllim işləyib. Emin Sabitoğlu 2000-ci ilin noyabr ayında 63 yaşında Bakıda vəfat edib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət