Bakıda görkəmli yazıçı Abdulla Şaiqin Mənzil Muzeyi önündə barelyefli xatirə lövhəsinin açılışı keçirilib.
Çərşənbə günü barelyefin açılışında Mənzil Muzeyinin direktoru, yazıçının nəvəsi Ülkər Talıbzadə Mədəniyyət və Turizm Nazirlyinin rəhbərliyinə barelyef üzrəində işi maliyyələşdirdiyinə və xalq rəssamı Natiq Əliyevə işinə və A.Şaiqin xatirəsinə olan diqqətə görə minnətdarlığını bildirib.
Barelyefin açılışı yazıçının 130 illik yubileyi ilə əlaqədar tədbirlər çərçivəsində keçirilib.
Sonra mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və Yazıçılar İttifaqının katibi Fikrətv Qoca çıxış edərək ədibin Azərbaycan ədəbiyyatı xəzinəsinə verdiyi böyük töhfəni qeyd ediblər.
Mənzil Muzeyində həmçinin “Əgər Şaiq olmasaydı...” adlı A.Şaiqin həyat və yaradıcılığı haqqında materialların toplandığı yeni kitabın təqdimat mərasimi olub.
Kitaba Abdulla Şaiqin həyat və yaradıcılığının tədqiqatçılarının elmi məqalələri, qohum və dostların xatirələri, alim və və yazıçılarının çıxışları daxil edilib.
Talıbzadə Abdulla Şaiq Mustafa oğlu 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində anadan olub. İbtidai təhsili Tiflisdə atası Axund Mustafanın dərs dediyi altıillik məktəbdə alıbş Burada o rus və fars dillərinə yiyələnib.
1893-cü ildə ailəsi Məşəd şəhərinə köcür və burada Abdulla thsilini davam etdirir. 1900-cu ildə o Bakya köçür və müəllimlik fəaliyyətinə başlayır. Dərsliklər hazırlayır, məktəb proqramları, müntəxəbatlar tərtib edir. 1906-cı ildən etibarən onun hekayə, pyes, poema və şerlərlə dərc edilir. 1920-ci illərin əvvəlndə yazıçının “İldırım” pyesi işıq üzü görür və M.F.Axundovun “Aldanmış ulduzlar” eyni adlı povesti əsasında yeni pyesini bitirir. Məşhur “Araz” romanını o 1930-1940-cı illərdə yazıb. A.Şaiq “Qoç Polad”, “Tapdıq Baba”, “Əmək və gözəllik” kimi poemalar yaradıb. 1938-ci ildən başlayaraq Gənc Tamaşaçılar Teatrında onun “Xasay”, “El oğlu”, “Nüşabə” və s. pyesləri oynanılır. Onun əsərləri dəfələrlə ana dilində nəşr edilib, rus, gürcü, özbək və dünyanın digər dillərinə tərcümə edilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət