Hesablama Palatası Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi layihəsi və Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi ilə bağlı rəy hazırlayıb. Bu barədə Hesablama Palatasının saytında məlumat verilir.
"Hesablama Palatası hər iki sənədi Milli Məclisdə müzakirəyə tövsiyə edir", - deyə məlumatda qeyd edilir.
Bundan başqa, Kollegiya bir sıra audit yoxlamalarının proqramlarını təsdiq edib. Xüsusilə, Hesablama Palatası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə və onun tabeliyində olan mədəniyyət müəssisələrinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin yerli xərclərindən Lənkəran Mərkəzi şəhər Xəstəxanasına və Lənkəran şəhəri Maliyyə İdarəsi üzrə xəzinə əməliyyatlarının düzgünlüyünə dair Audit proqramları təsdiq edilib.
Kollegiyada, həmçinin, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan Ağstafa rayon İcra hakimiyyətinə “Poylu-Xətai-Yenigün-Aşağı Göyçəli” avtomobil yolunun tikintisinə ayrılan vəsaitlərdən istifadənin, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan Bərdə rayon İcra hakimiyyətinə “Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı” avtomobil yolunun tikintisinə və Bərdə şəhər 6 nömrəli uşaq bağçasının əsaslı təmirinə ayrılan vəsaitlərdən istifadənin auditlərinin nəticələrinə dair Hesabat və Rəylər müzakirə olunaraq təsdiq olunub. Bu yoxlamalara dair rəylər parlamentə təqdim olunacaq.
Xəbər verildiyi kimi, Azərbaycanın 2013-cü il dövlət büdcəsinin gəlirləri 19 mlrd. 154 mln. manat, xərcləri 19 mlrd. 810 mln. manat, kəsiri 656 mln. manat və ya ÜDM-in 1,17%-i səviyyəsində proqnozlaşdırılıb.
DSMF-in 2013-cü il kəsirsiz büdcəsinin gəlir və xərcləri 2 mlrd. 632,695 mln. manat məbləğində proqnozlaşdırılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət