2006-cı ilin iyul ayından Bakıda keçirilən yarmarkalarda kənd təsərrüfatı məhsullarının satış həcmi 141,952 min ton təşkil edib. Bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
"Kənd Təsərrüfatı Nazirliyi 2006-cı ilin iyul ayından Bakıda kənd təsərrüfatı yarmarkalarının təşkilinə başlayıb. Bu yarmarkalarda kənd təsərrüfatı məhsulları bazar qiymətlərindən ucuz satılır. 2006-cı ilin iyul ayından 2012-ci il oktyabrın 21-dək bu yarmarkalarda 141,952 min ton kənd təsərrüfatı məhsulu satılıb", - deyə İ.Abasov cümə axşamı rəsmi mətbuatda dərc edilmiş məqaləsində qeyd edib.
Həmin dövrdə yarmarkalarda 5,403 min ton ət, 2,495 min ton süd, 54,379 min ton tərəvəz, 23,976 min ton kartof, 43,725 min ton meyvə, 26,548 mln. ədəd yumurta və digər məhsullar satılıb.
İ.Abasov bildirib ki, 2011-ci il ərzində Azərbaycandan xaricə $231 mln. məbləğində kənd təsərrüfatı məhsulu, o cümlədən 91,72 min ton kartof, 65,789 min ton tərəvəz, 176,221 min ton meyvə və digər məhsullar ixrac edilib.
Nazir vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyi xarici ölkələrin analoji qurumları ilə əməkdaşlığı genişləndirir. Xüsusilə, Litva, Avstriya, İspaniya və Yaponiya ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişlərin layihələri razılaşdırılma mərhələsindədir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət