Bakıda Çexiyanın Lidise şəhərində keçirilmiş 40-cı ənənəvi Beynəlxalq Uşaq İncəsənət Sərgisinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Mərasimdə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmmədəliyeva, nazirliyin elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev, təhsil müəssisələrinin nümayəndələri, sərgi iştirakçıları və onların valideynləri iştirak ediblər.
Tədbirdə çıxış edən Çexiyanın Azərbaycandakı səfiri Radek Matula sərginin 1942-ci ildə Lidise şəhərində qətlə yetirilmiş uşaqların xatirəsinə böyük ehtiram əlaməti olaraq 1973-cü ildən başlayaraq keçirildiyini qeyd edib.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmmədəliyeva tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, Qarabağ müharibəsinin dəhşətlərini görmüş, Xocalı soyqırımının şahidi olmuş azərbaycanlı uşaqlar öz əl işləri ilə Lidisedə həlak olmuş uşaqların xatirəsini yad edir, müharibə əleyhinə öz etirazlarını bildirirlər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət