Bazar ertəsi Bakıda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə bələdiyyə üzvü seçilən qadınlar üçün DAYAQ Mentorluq Proqramının təqdimatı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
“Sumqayıt şəhərinin, Bakının Abşeron və Qaradağ rayonlarının bələdiyyələrində çalışan 10-15 nəfər qadın mentor (rəhbər – İF-Az) olacaqlar. Onlar təcrübə keçənlərə kurslar təşkil edəcəklər”, - deyə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova bildirib.
Onun sözlərinə görə, proqram doqquz aya nəzərdə tutulub. Burada həm yerli, həm də beynəlxalq ekspertlər iştirak edəcəklər.
“İctimai həyatda kişilərlə bərabər fəal iştirak etməyin mümkün olmadığını hesab edən qadınlar səbəbi özlərində axtarmalıdırlar. Rəhbər vəzifələrdə iş təcrübəsinə malik olan qadın digəri üçün mentor və ya rəhbər olarsa, bu zəncirə bənzər əlaqə yaradacaq və qadınlara özlərinə əminliyi artıraraq daha böyük uğurlar əldə etməyə kömək edəcək”, - deyə S.Qəhrəmanova bildirib.
Azərbaycanda bu proqramın reallaşmasının əhəmiyyəti barədə danışaraq o qeyd edib ki, əvvəllər respublikanın bələdiyyələrində əməkdaşların ümumi sayının 4%-i qadınlar təşkil edirdisə, bu gün həmin rəqəm 26,7%-dək artıb.
“Cəmiyyətimizdə formalaşan stereotiplər bri çox qadına özünü realla.dırmağa imkan vermir. Bununla əlaqədar bu cür proqramların həyata keçirilməsi bu yanlış stereotipləri dağıtmağa kömək edəcək”, - deyə o vurğulayıb.
Tədbirdə çıxış edən Almaniyanın səfiri Herbert Kvelle qeyd edib ki, hökümətdə və digər rəhbər postlarda az sayda qadınların olması problemi yalnız Azərbaycanda deyil, həm də bütün Avropada, o cümlədən Almaniyada mövcuddur.
Məsələn, Azərbaycan parlamentinda kişilərlə qadınların nisbəti aşağıdakıdır: 125 deputatdan yalnız 20-si qadındır. Bununla yanaşı, qeyd etmək istərdim ki, məhz Azərbaycanda 1918-ci ildə keçirilən seçkilərdə qadınlar fəal iştirak etməyə başlayıblar. Almaniyada isə bu proses bir il sonra baş verib”, - deyə o əlavə edib.
Səfir həmçinin qeyd edib ki, qadınların ictimai-siyasi fəaliyyətdə iştirakı demokratik cəmiyyət yolunda ən vacib məqamlardan biridir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət