İnternet İdarəçilik Forumu əhalinin maarifləndirməsi və məlumatların verilməsi üçün ideal bir məkandır . BMT-nin baş katibinin müavini Vu Honqbo çərşənbə axşamı Bakıda VII İnternet İdarəçilik Forumunun açılış mərasimində çıxışında belə bildirib.
“Tamamilə aydın məsələdir ki, internet inkişafın vacib alətinə çevrilib.O səhiyyə, təhsil, sənaye və digər sahələrdə istifadə olunur. Məsafədən idarə olunan tibbi sə təhsil xidmətləri çətinliklə gedilən regionlarda insanlara kömək edir. İKT-dən istifadə dövlət xidmətlərinin təmin edilməsində vacib amildir və bu xidmətlərin siyahısı daima genişlənməkdədir”,- deyə V.Honqbo bildirib.
O söyləyib ki, 2011-ci ilin nəticələrinə görə, dünyada 2,3 mlrd. internet istifadəçisi var və onlardan 1 mlrd. nəfər genişzolaqlı internetdən istifadə edir.
“Ancaq dünya əhalisinin dörddə biri internetdən istifadə edir, bu inkişaf naminə internetin mənimnsənilməsi üçün kömək göstərilməsinə yönəlmiş səyləri artırmağı tələb edir. İnternet İdarəçilik Forumu maarifləndirmə, müzakirələrə təşəbbüs göstərmə, rəqəmsal bərabərsizliyin aradan qaldırılması yollarının müəyyən edilməsi və siyasətin işlənib hazırlanma prosesləri barədə məlumatların verilməsi üçün ideal bir məkandır”,- deyə o qeyd edib.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətini oxuyub.
“Bu gün internet yalnız informasiya mübadiləsi məkanı deyil, həm də dövlət idarəçiliyini, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən və yeni dəyərlər yaradan məkandır.İnsan azadlığının müdafiəsi müasir internet şəbəkəsinin fəaliyyətinin vacib istiqamətlərindən biridir. İnternet-mediyanın inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffav fəalyyətinin təminatı, vətəndaşların idarə etmə prosesinə cəlb olunması - bunlar qlobal şəbəkə tərəfinbdən insanlara təqdim edilən yeni imkanlardır”,- deyə dövlət başçısının məktubunda bildirilir.
İ.Əliyev qeyd edib ki, Azərbaycanda İKT və internetin inkişafına xüsusi diqqət ayrılır.Respublika əhalisiniun təxminən 65%-i internet istifadəçisidir.
“ Təqdirə layiq haldır ki, Azərbaycanda internet azadlığı mövcuddur.Ölkəmizdə internet radio, internet –televiziya, elektron qəzet və yurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılıb, minlərlə bloqqer Azərbaycanın internet məkanında azad fəaliyyət göstərir. Biz insanlar və xalqlar arasında qarşılıqlı hörmət əsasında bərabərhüququlu dostluq əlaqələrinin yaradılması üçün istənilən xoşməramlı internet fəaliyyətini dəstəkləyirik”,- deyə məktubda əlavə edilir.
Prezident forumun qlobal inkişafa öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Baş nazirin müavini Abid Şərifov öz çıxışında qeyd edib ki, İKT prioritet sahədir və prezidentin diqqət mərkəzindədir.Buna görə bu sahə inkişaf etdirilir, idarəetmə və elektron xidmətlər sistemində tətbiq edilir.
“Azərbaycan açıq hökumət təşəbbüsünə qoşulub, elektron hökumətin formalaşdırılması üzrə xüsusi proqram qəbul edilib.Bu ilin əvvəlində Azərbaycan İKT-nin müasir nailiyyətlərindən bəhrələnməyə imkan verən və Şərqi Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Afrikanı əhatə edən peyki orbitə buraxacaq”,- deyə A.Şərifov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycvan həmçinin BMT tərəfindən dəstəklənən informasiya supermagistralı layihəsi təşəbbüsünü irəli sürüb. Layihə 20 ölkəni əhatə edərək bütün regiona xidmət göstərəcək.
“Hesab edirik ki, beynəlxalq əməkdaşlıq bir çox məsələləri, həmçinin internetin tənzimlənməsini həll etməyə imkan verəcək. İnternetdən azad istifadənin təmini, insan haqlarına zəmanət verilməsi bizim diqqət mərkəzimizdə olmalıdır.Bununla yanaşı, kibertəhlükəsizlik təhdidlərini unutmaq lazım deyil. İnternetdən terrorçuluğun, separatçılığın, ksenofobiyanın və digər beynəlxalq hüquqi haqların pozulması üçün istifadə edilməsinə yol vermək olmaz.
Məhz BMT belə məsələlərin müzakirəsi üçün optimal pölatformadır”,- deyə A.Şərifov qeyd edib.
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture Bakı forumunun iştirakçılarını 2013-cü ilin may ayında Cenevrədə keçiriləcək İnternet Forum ilə eyni vaxta düşən Beynəlxalq Telekommuniksiya Forumunda iştirak etməyə dəvət edib.
Çərşənbə günü Bakıda VII İnternet İdarəçilik Forumu (IGF-2012) işə başlayıb.Forumda internetin təhlükəsizlik və inkişaf problemləri, qlobal şəbəkədən istifadə məsələləri müzakirə olunacaq.
Foruma Dünyanın 100-dən çox ölkəsindən1500-dən artıq iştirakçı qatılıb.Onlar arasında hökumət nümayəndələri, aparıcı beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətlərinin, internet cəmiyyətlərinin və özəl şirkətlərin nümayəndələri var.
“Davamlı insan, iqtisadi və sosial inkişaf naminə İnternet idarəçiliyi”- bu ilki forumun əsas mövzusu belədir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət