İKT sahəsinin inkişafı Azərbaycan hökumətinin prioritetlərindən biridir. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çərşənbə axşamı 7-ci İnternet İdarəçiliyi Forumu çərçivəsində tədbirə qatılan nazirlərin görüşünün açılışında bəyan edib.
“Azərbaycanda İnternet hökumət tərəfindən idarə olunmur və ona nəzarət edilmir. Ölkədə “Facebook” sosial şəbəkəsinin təxminən 1 mln. istifadəçisi var. Bunun sayəsində respublika Avrasiya məkanında lider olub. Həmçinin ölkədə bir neçə internet telekanal fəaliyyət göstərir”, - deyə nazir vurğulayıb.
Ə.Abbasov qeyd edib ki, dünya ölkələri arasında İKT sahəsində uyğunsuzluğu aradan qaldırmaq üçün Azərbaycan bir neçə layihələrin reallaşdırılmasına başlayıb. Bura Trans- Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi daxildir.
“Bununla yanaşı, kibertəhlükəsizlik təhdidlərinə də böyük diqqət ayırmaq lazımdır. Azərbaycanın, digər ölkələr kimi bu xəstəliyə qarşı immuniteti yoxdur. Bir ölkənin hakerlərinin digər ölkənin resurslarına hücum etmələri çox təhlükəlidir”, - deyə o vurğulayıb.
Nazir beynəlxalq kibercinayətkar qruplaşmaların çox vaxt cəzadan yayındıqlarından qileylənərək dünya ölkələri tərəfindən bu bəla ilə mübarizə aparmaq üçün tədbirlər qəbul edilməsinin vacibliyini qeyd edib.
Bundan başqa, Ə.Abbasov vətəndaşların online-hüquqlarının qorunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu çox incə məsələdir və şəxsi həyatının müdafiəsi hüququ ilə bərabərdir. Bu səbəbdən dövlətlər bunun həllinə diqqətlə yanaşmalıdırlar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət