Azərbaycan hökuməti informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin inkişafına böyük diqqət ayırır. Bu barədə“Google” şirkətinin vitse-prezidenti Vinton Cerf cümə axşamı Bakıda keçirilən mətbuat konfransında bəyan edib.
“Müşahidələrdən sonra və danışıqlar nəticəsində mən buna əmin oldum. Azərbaycanda bu sahənin inkişafı perspektivinə ümidlə baxıram”, - deyə V.Cerf bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti söz azadlığı və İnternetdə ifadə azadlığına böyük diqqət yetirir.
Azərbaycanın işğal olunan ərazilərinin bəzən “Google Maps”-da (“Google”-ın elektron xəritəsi – İF-Az) Ermənistan torpaqları kimi qeyd edildiyi sulına cavab olaraq vitse-prezident şirkətə müraciətdən sonra bu məsələni müzakirə edəcəyinə söz vertib. “Google Maps” qorunan şəbəkəyə malikdir. Texniki səhvlər baş verdiyi halda müraciət edin, biz məsələni müzakirə edək”, - deyə o bildirib.
V.Cerf Azərbaycanda İKT sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına böyük diqqət yetirildiyini məmnunluqla ifadə edib.
O həmçinin şirkət rəhbərliyi ilə Bakıda şirkətin ofisini açmaq məsələsini müzakirə edəcəyinə söz verib. “Mən ofis açacağımıza söz vermirəm, lakin dinamiklik müçahidə edilən hər bir yerdə təmsil olunmaqda maraqlıyıq. Azərbaycanda bu dinamiklik mövcuddur. Bu səbəbdən mən “Google” rəhbərliyi ilə bu mövzu barəsində danışacağam”, - deyə o qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət