Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyası son bir ildə respublikanın müxtəlif regionları üzrə doqquz xəritə hazırlayıb.Bu barədfə Ukraynanın Azərbaycandakı səfirliyinin məlumatında federasiyanın prezidenti Mirəli Kazımova istinadən bildirilir. Ukrayna səfiri Aleksandr Mişenko federasiyanın fəxri üzvüdür.
Noyabrın 10-da Federasiya Şurasının cari ildə federasiyanın fəaliyyətinin yekunlarına, eləcə də federasiyanın 2013-cü il üçün tədbirlər planına həsr edilmiş növbəti iclasında xəritələrin hazır olduğu bildirilib.
İclas iştirakçıları federasiyanın işində ən önəmli nailiyyət olaraq respublikanın müxtəlif regionları üzrə ( Şamaxı, Xaçmaz, Quba, İsmayıllı, Qəbələ, eləcə də Bakı ətrafı qəsəbələr) 9 idman xəritəsinin hazırlanmasını qeyd ediblər.Bu Ukraynanın Azərbaycandakı səfirliyi ilə uğurlu əməkdaşlığın nəticəsində baş verib, belə ki, yeni start meydanlarını kartoqrafiyasının hazırlanmasında ukraynalı mütəxəssis Mixail Puqaç fəal iştirak edib.
Məhz beynəlxalq tələblərə cavab verən idman xəritələrinin mövcudluğu son iki yarışın uğurla keçməsinə səbəb oldu. Sentyabrın 28-30-da keçirilən açıq respublika çempionatı, eləcə də oktyabrın 19-21-də ümummilli lider Heydər Əliyev adına Kubok uğrunda yarışa son 20 il ərzində rekord sayda (200-ə qədər) iştirakçı qatılıb.
Bundan başqa, Federasiya Şurasının İdarə Heyətində kadr dəyişikliyi məsələləri müzakirə edilib. Səmti müəyyən etmə idmanı üzrə milli komandanın baş məşqçisi Nizami Mursaqulov təyin edilib. O hazırda hava və dağçılıq idman klubunun, həmçinin Milli Aviasiya Akademiyasının yeni yaradılan səmti müəyyən etmə klubunun rəhbəri vəzifəsində çalışır.
Federqasiya Şurasının qarşısında ən qısa vaxt ərzində seçim aparmaq və ölkənin ən yaxşı idmançılarını 2013-cü ildə xaricdə keçiriləcək beynəlxalq səmti müəyyən etmə yarışlarına hazırlamaq məqsədi qoyulub.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət