Bu gün Azərbaycanda ekoloji təhlükəsizliyə əsas təhdidlər neft məhsulları ilə çirklənmiş ərazilər və ekstensiv heyvandarlıqdır. Bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bəyan edib.
“Son 150 il ərzində Azərbaycanda 1,5 mlrd. ton neft hasil edilib, bu isə trillionlarla dollar gəlir gətirib. Lakin, o zaman torpağın ekoloji vəziyyəti heç kimi maraqlandırmayıb. Nəticədə, respublikada 30-35 hektar torpaq neft məhsulları ilə olduqca çirklənib”, - deyə nazir cümə axşamı “Yaşıl iqtisadiyyat” mövzusunda dəyirmi masada jurnalistlərə bildirib.
H.Bağırovun sözlərinə görə, bu problemin həlli külli miqdarda kapital qoyuluşları tələb edir. “Bu istiqamətdə böyük iş görülüb, lakin problem hələ də mövcuddur”, - deyə o qeyd edib.
Ekstensiv heyvandarlıq probleminə toxunan nazir qeyd edib ki, əgər Sovet dövründə qəbul edilən normalara əsasən, Azərbaycanda 1 hektarın payına 1-2 baş mal-qara düşürdüsə, hazırda bu göstərici 30-40 baş təşkil edir. Bu səbəbdən torpaq sadəcə olaraq təzələnməyə vaxt tapmır. “Bu problemə qarşı mübarizə aparmaq çox çətindir. Çünki əhali əldə edilən kreditlər hesabına çox sayda mal-qara almağa davam edir”, - deyə H.Bağırov gileylənib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
Yelo Bank-ın sərfəli ipoteka kreditini qaçırma!
30-dan çox şirkətin iştirakı ilə “Yelo Career Festival” keçirildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət