Dövlət Sosial Müdafiə Fondu(DSMF) iqtisdiyyatın bəzi sektorlarında əmək haqqı fondunun həcmi üzrə minuimal normativ tətbiq etməyi təklif edir. Fondun sədri Səlim Müslümov belə bildirib.
“Biz sosial sığorta haqqında” qanuna dəyişiklik etmək barədə təklif hazırlamışıq. Dəyişikliklərin mahiyyəti iqtisadiyyatın bəzi sektorlarında minimal əmək haqqı normativlərinin tətbiqindən ibarətdir”,- deyə S.Müslümov cümə axşamı parlamentdə 2013-cü ildə DSMF-nin büdcə layihəsinin müzakirələrində bildirib.
S.Müslümov qeyd edib ki, Türkiyədə əmək haqqının ödəniş fondu üzrə minimal normativ sistemi 1964-cü ildən tətbiq edilir.
Fond rəhbəri söyləyib ki, hazırda Azərbaycanda işçilərlə əmək müqavilələrinin bağlanması və real əmək haqqının müqavilədə göstərilməsi ilə bağlı problemlər var
“Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2011-ci il ərzində əhalinin ümumi gəlirlərinin 27,3%-i və ya 7 mlrd. 132 mln. manat verilmiş əmək haqqı formasındadır.Bu çox aşağı göstəricidir. Rusiyada bu göstərici 69%, Qazaxıstanda 71%, Orta Avropada 65% təşkil edir.
S.Müslümov qeyd edib ki, hazırda əmək qabiliyyətli əhalinin yalnız 31%-nin əmək müqaviləsi var, Rusiyada bu göstərici 89%, Moldovada 90% təşkil edir.Bununla yanaşı, son 3 ay ərzində hökumət tərəfindən görülən tədbirlər nəticəsində 180-190 min işçi ilə əmək müqavilələrinin bağlanması təmin olunub.
“Lakin, başqa bir problem var- bu əmək haqqının əmək müqavilələrində qeyd edilən miqdarı ilə bağlıdır.Bu da o deməkdir ki, sosial sığortaya icbari şəkildə köçürülməli olan külli miqdarda vəsaiti əldə edə bilmirik”,- deyə o qeyd edib.
Fond rəhbəri əlavə edib ki, bu səbəbdən də DSMF iqtisadiyyatın tikinti və dövlət satınalmaları sahələrində və əmək haqqı fondunun minimal normativini müəyyən etməyi təklif edir. “Bizim hesablamalarımıza görə, belə normativlərin tətbiqi iki il ərzində sosial sığorta yığımlarının həcmini 80-90% artırmağa imkan verəcək”,-deyə o qeyd edib.
DSMF-nin 2013-cü il büdcə layihəsinə əsasən, icbari sosial sığorta yığımları 1 mlrd. 550,2 mln. manat həcmində proqnozlaşdırılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət