Azərbaycan Suriyadakı vəziyyətdən dərin narahatdır və BMT Təhlükəsizlik Şurasının üzvü kimi bu ölkədə böhranın aradan qaldırılmasına yardım etməyə çalışır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cibutidə keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu Sessiyasında çıxışı zamanı bəyan edib.
“Biz Azərbaycanda Suriyadakı vəziyyətdən dərin narahatlıq hissi keçiririk. BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan Suriyadakı vəziyyətə ən yüksək məsuliyyət hissi ilə yanaşıb. Beynəlxalq ictimaiyyətlə birgə Azərbaycan hazırkı böhranın suriyalıların özlərinin iştirakı ilə aparılan siyasi proses vasitəsilə həlli üçün konstruktiv yanaşmasını davam etdirməyə hazır olduğunu bildirir və Suriyanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini vermək əzmində olduğunu bir daha bəyan edir”, - deyə nazir bildirib.
E.Məmmədyarov mədəni irsin gələcək nəsillər üçün qorunub saxlanılması məqsədilə
İƏT-ə üzv ölkələri Suriya ərazisində mədəni abidələrin dağıdılmasının qarşısını almaq istiqamətində səyləri davam etdirməyə çağırıb.
Bundan başqa, nazir Fələstindəki vəziyyətlə bağlı narahatlıq keçirdiyini bildirib. “Azərbaycan qardaş Fələstin xalqına sülh və sabitliyin əldə olunması və paytaxtı Əl-Qüds şəhəri (Yerusəlim –İF-Az) olmaqla suveren və müstəqil dövlətin yaradılması istiqamətində bir daha öz dəstəyini bildirir”, - deyə o İƏT-in Baş Katibinin Fələstin əhalisinə yardım göstərmək üzrə səylərin birləşdirilməsi işini yüksək qiymətləndirib.
E.Məmmədyarov çıxışında Myanmada vəziyyətin faciəvi şəkildə inkişaf etməsi ilə bağlı narahatlıq ifadə edib və dinc sakinlərin qətlə yetirilməsi və insan hüquqlarının pozulmasını pisləyib.
Nazir vurğulayıb ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilata üzv ölkələrin qarşıya qoyduqları məqsədlərə çatmaq istiqamətində proqram və təşəbbüslərini dəstəkləyir. O xatırladıb ki, bu yaxınlarda respublika İƏT-in Baş Katibinin fəaliyyətinin dəstəklənməsinə $3 mln. ayırıb.
E.Məmmədyarov qeyd edib ki, coğrafi vəziyyəti ilə əlaqədar Azərbaycan əsrlər boyu Şərq və Qərb sivilizasiyaları arasında körpü rolunu oynayıb. Bununla əlaqədar digər müsəlman ölkələri ilə yanaşı, Azərbaycan Parisdəki Luvr muzeyində yenicə açılan və özündə İslam sivilizasiyasının memarlıq, incəsənət və digər mədəni nümunələrini əks etdirən “İslam incəsənəti” guşəsinə mühüm yardım edib.
“Bir daha İƏT-ə üzv qardaş ölkələrə və İƏT Baş Katibinə Azərbaycan ərazisinin iyirmi faizinin Ermənistan tərəfindən işğalı, bir milyona yaxın Azərbaycan əhalisinin öz doğma yurdlarından qovulması və etnik təmizləməyə məruz qalması və Azərbaycanın minlərlə mədəni və tarixi abidələrinin, o cümlədən İslam irsinə aid ərazilərin və guşələrin dağıdılması və talan edilməsi ilə nəticələnən və bu gün də davam edən Ermənistan-Azərbaycan münaqişəsində verdiyi dəyərli dəstəyə görə minnətdarlığımızı bildirmək istərdim”, - deyə E.Məmmədyarov bildirib.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət