Azərbaycan Beynəlxalq Bankı (ABB) Qətərdə törəmə bankın açılışına hazırdır. Bu barədə bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev cümə günü jurnalistlərə bəyan edib.
“Yalnız texniki məsələri həll etmək qalır. Çünki Azad iqtisadi zonanın (AİZ) və yerli Mərkəzi Bankın birləşmə prosesi aparılır. Bizə yalnız bunun nə ilə başa çataçağını gözləmək qalır”, - deyə C.Hacıyev qeyd edib ki, ABB-nin Qətər ərazisində törəmə bank açmaq qərarı qətidir.
ABB-nin İslam bankçılığı Departamentinin müdiri Behnam Qurbanzadə bəyan edib ki, bank Qətər törəməsi vasitəsilə İslam bankçılığı xidmətlərinin göstərilməsini planlaşdırır. “artıq bununla bağlı Qətər hökuməti ilə ABB-nin törəmə qurumunun yaradılmasına dair müəyyən razılıq da əldə olunub”, - deyə o MDB-yə üzv olan ölkələrin V Beynəlxalq Bank Konfransında bildirib.
B.Qurbanzadə 2013-2015-ci illərə qrupun planları barədə məlumat verərək qeyd edib ki, iş bütün ölkəni əhatə edəcək. “Korporativ və pərakəndə müştərilərlə əlaqələr qurmaq, xarici investisiyalar cəlb etmək, yerli investorların xarici bazarlara çıxışını təşkil etmək planlaşdırılır”, - deyə o bildirib.
Onun sözlərinə görə, cari il noyabrın 1-nə qrupun aktivləri $58 mln. təşkil edir. “Bu vəsait altı layihə və 20 ticarət əməliyyatların maliyyələşdirilməsinə yönəlib. Hazırda Şəki rayonunda iri kənd təsərrüfatı layihəsinin təkrar maliyyələşdirilməsi də başa çatmaq üzrədir”, - deyə o əlavə edib.
Bundan başqa, 2012-ci ildə qrup təxminən $65 mln. həcmində vəsait cəlb edib. “Hazırda BƏƏ banklarından daha bir İslam bankçılığı məhsulu – “murabahə” (ticarət maliyyələşməsi) üzrə $150 mln. həcmində sindikatlaşdırılmış kreditin cəlb olunması üçün danışıqlar aparılır”, - deyə o qeyd edib.
B.Qurbanzadə bildirib ki, bankın törəmə strukturları ilə iş aparmaq planlaşdırılır.
“Planlarımıza İslam bankçılığının tətbiqi ilə yeni bazar seqmentinin formalaşması hesabına müştəri bazasını genişləndirmək daxildir”, - deyə qrupun müdiri bildirib.
“KPMG” beynəlxalq audit şirkətinin İslam maliyyələşməsi üzrə qrupunun rəhbəri Neil Miller qeyd edib ki, İslam bankçılığının inkişafı üçün böyük potensiala malikdir. Lakin bu istiqamətdə qanunvericilikdə maneələri aradan qaldırmaq lazımdır. “Hər şeyi yenidən başlamaq lazım deyil. Ətrafa nəzər salmaq olar. Məsələn, bu sahədə Qazaxıstanın praktikası ilə tanış olmaq olar”, - deyə o bildirib.
“İslam bankçılığı pərakəndə şəbəkədən asılıdır və müştəri bazası ilə sıx çalışmaq lazımdır”, - deyə N.Miller bildirib.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət