Azərbaycanın təbii qaz ixracı potensialı 2025-ci ilədək minimum 40-50 mlrd. kubmetrə çatdırıla bilər. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti - ARDNŞ) prezidenti Rövnəq Abdullayev bəyan edib.
SOCAR-ın məlumatında deyilir ki, R.Abdullayev noyabrın 15-də İstanbulda keçirilən Atlantik Şurasının «Dinamik regionda yeni imkanlar» sammitində «TANAP - Cənub Qaz Dəhlizinin açılması üçün əsas elementdir» mövzusunda çıxış edib.
Onun sözlərinə görə, TANAP layihəsi (Trans Anadolu Pipeline – İF) çərçivəsində Azərbaycanın «Şahdəniz» qaz-kondensat yatağından «Faza-2» çərçivəsində qazın nəql edilməsi, Azərbaycanla Türkiyə və Avropa arasında yeni enerji koridorunun yaradılması planlaşdırılır. Növbəti mərhələdə isə son illərdə kəşf edilmiş «Abşeron» və «Ümid» kimi iri qaz yataqlarının, perspektiv strukturların, eləcə də «Azəri-Çıraq-Günəşli» blokunun dərin qatlarında yerləşən qaz ehtiyatlarının işlənilməsi nəzərdə tutulur.
Azərbaycanın təbii qaz ixracı potensialının 2025-ci ilədək minimum 40-50 mlrd. kubmetr həcminə çatdırılacağını deyən ARDNŞ prezidenti bu qazın mühüm hissəsinin Avropa bazarına çıxarılacağını və belə böyük həcmdə mavi yanacağın Azərbaycandan Avropaya təhlükəsiz daşınmasını təmin etmək iqtidarında olan qaz-nəql sisteminin məhz TANAP kəmərinin olacağını vurğulayıb.
Onun sözlərinə görə, uzunmüddətli perspektivdə bu kəmər nəinki Azərbaycan yataqlarından, həm də Xəzər dənizi hövzəsindəki digər ölkələrdə hasil olunan qaz həcmlərinin tranzitlə Avropaya daşınmasına imkan verəcək və mərhələlərlə həyata keçiriləcək Cənub Qaz Dəhlizi çərçivəsində fundamental və həlledici elementə çevriləcək.
“Trans Anadolu Pipeline” qaz kəməri Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək: 10 mlrd. kubmetr Avropaya, 6 mlrd. kubmetr Türkiyənin qərb regionlarına ixrac olunacaq.
“TANAP” layihəsində 20% pay Türkiyənin BOTAS və TPAO şirkətlərinə, 80% pay SOCAR-a məxsusdur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət