Beynəlxalq Valyuta Fondu(BVF) və Dünya Bankı(DB) 2014-cü ilin əvvəlində Azərbaycanın maliyyə sektorunun (FSAP) ikinci qiymətləndirməsini aparacaq. BVF missiyasının rəhbəri Raca Al Marzouqi çərşənbə axşamı Bakıda mətbuat konfransında belə bildirib.
R. Al Marzouqinin rəhbərlik etdiyi BVF missiyasının Azərbaycana səfəri çərşənbə axşamı başa çatır.
Azərbaycanın maliyyə sektorunun ikinci qiymətləndirilməsinin 2013-cü ildə keçirilməsinin planlaşdırıldığı xəbər verilmişdi.
“Azərbaycanın rəsmi orqanlarının xahişi ilə, maliyyə sektorunun ikinci qiymətləndirilməsi 2014-cü ilin əvvəlinə qədər təxirə salınıb. Bu Azərbaycanın bank sistemində müəyyən dəyişikliklərin aparılması ilə əlaqədardır və FSAP qiymətləndirilməsinin aparılmasında lazım olan materialların hazırlanması üçün hökumət orqanlarına müəyyən vaxt lazımdır”,- deyə R.Al Marzouqi bildirib.
BVF və DB 2003-cü ildə Azərbaycanın maliyyə sektorunun birinci qiymətləndirməsini aparıb.
BVF Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı bütün ölkələrdə üç əsas komponenti qiymətləndirir: bankların və başqa maliyyə təşkilatlarının, həmçinin stress-testlər vasitəsi ilə dayanıqlığı; bank, sığorta nəzarətinin və maliyyə bazarına nəzarətin keyfiyyəti; nəzarət və direktiv orqanlarının, həmçinin maliyyə müdafiə sistemlərinin böhran vəziyyətində təsirli reaksiya vermək qabiliyyətini
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. 2006-cı ildən Azərbaycan hökuməti BVF-dan alınmalar həyata keçirmir və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində aparılır.
Ümumilikdə, əməkdaşlıq dövrü ərzində Azərbaycan BVF ilə iqtisadi islahatların keçirilməsində əməkdaşlıq üzrə 6 müxtəlif proqramların reallaşmasına $577,3 mln. ümumi məbləğdə kredit cəlb edib. Azərbaycan hökümətinin Beynəlxalq Valyuta Fondundan aldığı kredit üzrə borcları 2012-ci il yanvarın 1-nə $28,8 mln. təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət