2012-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 174,2 mln. ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yükdaşımaların ümumi həcminin strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin payına 74,1%, dövlət sektorunun payına 25,9% düşüb.
Hesabat dövründə dəmir yolu ilə 19 mln. ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2011-ci ilin yanvar-oktyabr aylarının göstəricisindən 4,6% çoxdur.
Cari ilin 10 ayı ərzində respublikanın dəniz nəqliyyatı ilə 10,3 mln. ton (artım 0,4%) müxtəlif yüklər daşınıb. Daşınmış yüklərin 61,2%-ni neft və neft məhsulları, 38,8%-ni isə quru yüklər təşkil edib.
Yanvar-oktyabr aylarında avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi 97,1 mln. ton (artım 7,7%) təşkil edib.
Bu dövrdə daxili neft kəmərləri ilə 36,4 mln. ton neft (azalma 7%) nəql edilib. Bu zaman 27,7 mln. ton və ya nəqlin bütün həcminin 76%-i Bakı-Tiflis-Ceyhan neft kəməri ilə nəql olunub. DSK-nın məlumatına görə, yanvar-sentyabr aylarında BTC neft kəməri ilə 2,6 mln. ton Türkmənistan nefti nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət