Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının növbəti iclasında bir sıra vergi ödəyicilərinin şikayətlərinə (təkrar şikayətlər daxil olmaqla) baxılıb.
Xüsusilə, Şura “Ekspres Trans” MMC-nin rəhbəri Sarvan Qəribovun şikayətini təmin edib. Iş adamı müraciətində səyyar vergi yoxlaması nəticəsində müəssisəyə tətbiq edilən 20 min 375,8 manat məbləğində maliyyə sanksiyasının ləğv olunmasını xahiş edib. Təqdim edilən əlavə sənədlər və sübutlar hərtərəfli araşdırılaraq şikayətin təmin olunması barədə qərar çıxarılıb.
Bundan başqa, Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan fiziki şəxslər Ella Əliyeva və Rauf Osmanovun kameral qaydada hesablanan 2 min və 2 min 414,31 manat məbləğində vergi məbləğinin ləğv edilməsi barədəki şikayətləri Apelyasiya Şurasının qərarı ilə təmin olunub.
Apelyasiya Şurası iclas zamanı iş adamı Rəşid Əliyevə nağd hesablamaların aparılması qaydalarını pozduğuna görə 800 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub. Araşdırma aparıldıqdan sonra Şura ikinci dəfə nun şikayətini təmin etməyib.
İclasda fiziki şəxs Səməd Məmmədovun ƏDV qeydiyyatının, habelə kameral qaydada hesablanmış vergi məbləğinin və faizlər üzrə borcun ləğv edilməsi barədəki təkrar şikayətinə baxılıb. Lakin araşdırma zamanı sənədlər yoxlanandan sonra sahibkarın şikayəti təmin olunmayıb.
Xəbər verildiyi kimi, vergilər naziri Fazil Məmmədov 2010-cu il sentyabr ayının sonunda Vergi Apelyasiya Şurasının yeni tərkibini təsdiqləyib. Əmrə əsasən, vergilər nazirinin birinci müavini Natiq Əmirov şuranın rəhbəri təyin edilib.
Şuranın öhdəliklərinə vergi ödəyicilərinin şikayətlərinə baxılma prosesinin yaxşılaşdırılması, vergi ödəyicilərinin hərtərəfli müdafiəsinin təmin edilməsi, şikayət və iddialara məhkəmədən əvvəl baxılması daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət