“Baltika Bakı” MMC Gürcüstana pivə ixrac etməyi planlaşdırır. “Baltika Bakı” MMC-nin baş direktoru Aleksey Skatin çərşənbə günü “İnterfaks-Azərbaycan” agentliyində keçirilən mətbuat konfransında belə bildirib.
“Gürcüstan pivəsi Azərbaycan bazarına çıxarılır, bizim məhsul isə Gürcüstan bazarına çıxarılmır. Əmin edirəm ki, tezliklə “Xırdalan” pivəsi Gürcüstan bazarına çıxarılacaq”,- deyə A.Skatin bildirib.
Onun sözlərinə görə, “Gürcüstana ixrac məsələsi həll edildikdən sonra, məhsul onula həmsərhədd ölkələrə də satışa çıxarılacaq”. “Ənənəvi baxışları və portfeldə alkoqolsuz içkiləri nəzərə almaqla, biz islam ölkələrinə də pivə ixrac etmək niyyətindəyik”,- deyə o əlavə edib.
A.Skatin qeyd edib ki, şirkət tezliklə Azərbaycandakı zavodda dünyada məşhur olan pivə brendlərinin istehsalına başlayacaq.Yaxın vaxtlarda Carlsberg və Tuborgun istehsalına başalmaq niyyətindəyik”,-deyən A.Skatin əlavə edib ki, pivə istehsalı üzrə texnologiyalar və avadanlıq səviyyəsinə görə şirkət qərb istehsalçılarından heç nə ilə geri qalmır.
Baş direktorun söylədiyinə görə “Baltika Bakı”nın Azərbaycan bazarında payı 70% təşkil edir.
O deyib ki, keçən il şirkətinin pivə istehsalının həcmi 3,2 mln. dekalitr təşkil edib, 2012-ci ilin yekunlarına əsasən, istehsalın artacağı gözlənilir.
“Biz əsasən, texnologiyaların modernləşdirilməsinə, ticarət avadanlığına, peşəkar kadrların inkişafına investisiya yatırırıq. Şirkət bu sahədə investisiyaları artıracaq”,- deyə A.Skatin söyləyib.
Onun sözlərinə görə, şirkətin Azərbaycandakı uğurlu fəaliyyəti üç amillə əlaqələndirilir: investisiya qoyuluşu, biznesin aparılması üçün şərait, brendin inkişafı.
“Baltika” 2008-ci il mayın 15-də Bakıda Brasseries Internationales Holding (Eastern) Ltd (BIH Eastern) ilə Baku Castel pivə zavodunun satınalınmasına dair saziş imzalayıb. “Baltika” 98%-dən çox səhmə sahib olub. Zavodun tamamilə əldə edilməsinə dair sövdələşmə 2008-ci ilin avqust ayında başa çatdırılıb.
“Baku Castel” zavodu 2000-ci ildə açılıb.Zavod ildə 6 mln. dekalitr (dal) pivə istehsal etmək gücünə malikdir və bu gücün gələcəkdə 10 mln. dekalitrə çatdırılma imkanı var.
“Baltika” şirkəti Rusiyanın 9 regionunda 11 pivə zavodunu özündə birləşdirir. Baltic Beverages Holding (BBH) şirkətin əsas sahibidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət