Milli Təhlükəsizlik Nazirliyi dələduzluq yolu ilə iri məbləğdə pul mənimsəyən altı nəfərdən ibarət mütəşəkkil dəstəni zərərsizləşdirib. Bu barədə Milli Təhlükəsizlik Nazirliyi (MTN) İctimai Əlaqələr Mərkəzindən çərşənbə günü məlumat verilib.
İstintaq materiallarına əsasən, respublikanın altı vətəndaşı əlbir olaraq guya güzəştli kreditlərin ayrılması üçün “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İqtisadi İnkişaf Birliyi” və “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Kreditləşmə Mərkəzi Fondu” yaradıblar. Bununla yanaşı, qrupun rəhbərlərindən biri özünü “Nazirlər Kabinetinin İcra Aparatının rəhbəri” kimi qələmə verib.
Məlumata görə, mütəşəkkil dəstənin üzvləri qısa müddət ərzində vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara ümumilikdə 215 min manat məbləğində ziyan vurublar.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.2.2 və 178.3.2-ci (dəlduzluq, yəni mütəşəkkil dəstə tərəfindən təkrar törədilməklə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə) maddələri ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə dələduzluqda ittiham edilən altı nəfər həbs edilib.
Onların əməllərindən zərər çəkən digər vətəndaşlardan Milli Təhlükəsizlik Nazirliyinin ərazi orqanlarına müraciət etmələri xahiş olunur.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət