Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdir.
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan QDTİB-in baş katibi Orsalia Kalantzopoulosla görüşüb. Bu barədə nazirliyin məlumatında deyilir.
Görüşdə Azərbaycan ilə QDTİB arasında mövcud olan əməkdaşlığın böyük potensiala malik olduğu vurğulanıb.
Bundan başqa, görüşdə QDTİB-in Rəhbərlər Şurasının 2013-cü ilin iyun ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan XV İllik Toplantısına hazırlıq məsələləri də müzakirə olunub.
Xəbər verildiyi kimi, 2011-ci ilin sonuna bankın Azərbaycanda 17 layihə üzrə aktiv portfeli 80 mln. avronu ötür. QDTİB 2011-2014-cü illərdə Azərbaycanda layihələrin maliyyələşdirilməsinə 88 mln. avro ayırmağı planlaşdırır. Bu məqsədlə bank bu dövr ərzində hər il 18-26 mln. avro ayırmağı nəzərdə tutur.
Bankın orta müddətli dövrdə Azərbaycanda prioritetləri infrastruktur, energetika, kənd təsərrüfatı sahəsində layihələrə kredit ayrılması, Azərbaycanın bank sektoru ilə əməkdaşlıqdır.
Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında təsis edilib. QDTİB-in yaradılmasında məqsəd Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsidir. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir.
Bankın kapitalında Azərbaycanın payı 5%-dir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət