Dövlət Sosial Müdafiə Fondu (DSMF) fərdi hesablara toplanan pensiya kapitalı barədə informasiyanı əks etdirən elektron xidməti tətbiq edib.
"Sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi" adlı müasir məlumatlandırma sistemi Fondun rəsmi internet informasiya ehtiyatında olmaqla yanaşı, "Elektron Hökumət" Dövlət İnformasiya Sistemi (EHDİS) portalında yerləşdirilib.
“Xidmətdən yararlanmaq üçün ilk vaxtlar elektron imza tələb olunurdusa, hazırda bu tələb aradan qaldırılıb və istifadə qaydaları daha da sadələşdirilib. Hər bir vətəndaş sadəcə olaraq özü haqqında müvafiq bilgiləri daxil etməklə bu elektron xidmətin daimi istifadəçisinə çevrilə bilər”,- deyə məlumatda bildirilir.
Bu xidmət vasitəsilə istənilən sığortaolunan DSMF tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanını əldə edir
Bu sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə, həm də yaxın gələcəkdə avtomatlaşdırılmış pensiya təyinatına imkan verəcəkdir. Başqa sözlə, hər bir işləyən özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanına malik olacaqdır. Yaxın perspektivdə bu xidmətin daha da inkişaf etdirilməsi, eyni zamanda vətəndaşların 2006-cı ilə qədər mövcud olan pensiya kapitalları barədə məlumatların da elektron qaydada sistemdə yerləşdirilməsi nəzərdə tutulur”,- deyə məlumatda əlavə edilir.
DSMF tərəfindən göstərilən digər elektron xidmətlərdən də yararlananların sayı getdikcə artmaqdadır. Hesabatların və məlumatların sığortaedənlər tərəfindən elektron formada təqdim olunması ilə bağlı 1 noyabr 2012-ci il tarixə elektron ərizə ilə müraciət etməklə qeydiyyatdan keçmiş 11 730 sığortaedən unikal kod, parol və şifrə ilə təmin edilir.
Artıq DSMF-nin 36 yerli orqanı üzrə 223 712 sığortaedən haqqında məlumat KÖMİS sisteminə inteqrasiyaolunub. İyun-oktyabr ayları ərzində 19min 027 sığortaedən tərəfindən 42 min 876 əməliyyat həyata keçirilərək cəmi 3 mln. 642 min 294,54 manat məbləğində məcburi dövlət sosial sığorta vəsaitinin ödənişi həyata keçirilib.
Ümumilikdə, hazırda DSMF-nin internet saytında yerləşdirilən “Elektron xidmətlər” bölməsi interaktiv və informativ olmaqla 20-yə qədər xidməti əhatə edir. Yaxın vaxtlarda bu xidmətlərin sayının 25-ə çatdırılması nəzərdə tutulur.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət