“Paşa Həyat Sığorta” şirkəti 2012-ci ilin yekunları üzrə 14 mln. manat səviyyəsində sığorta haqqı yığımını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin idarə heyətinin sədr müavini Niyaz İsmayılov çərşənbə günü mətbuat konfransında məlumat verib.
Xəbər verildiyi kimi, 2011-ci ili yekunları üzrə “Paşa Həyat Sığorta” şirkətinin haqqları 8,2 mln. manat təşkil edib. Beləliklə, 2012-ci ildə şirkət sığorta haqları yığımını 70,7% artırıb.
N.İsmayılov qeyd edib ki, 2012-ci ilin yanvar-oktyabr aylarında şirkətin haqqları 12,5 mln. manat təşkil edib. Baxmayaraq ki, ötən ilin analoji dövrü ərzində onların həcmi 8 mln. manat təşkil edib.
Onun sözlərinə görə, 10 ay ərzində haqqlar strukturunda 30% - könüllü həyat sığortası, 70% - icbarı həyat sığortasının payına düşür.
N.İsmayılov əlavə edib ki, 2012-ci ili yekunları üzrə şirkət 14 mln. manat səviyyəsində sığorta haqqı yığımına ümid edir. Bunun 40%-i könüllü həyat sığortasının payına düşür.
İdarə heyətinin sədr müavini vurğulayıb ki, yanvar-oktyabr aylarında şirkətin sığorta hadisələri üzrə ödənişləri 252 min manat təşkil edib. “Ödənişlərin 88,627 min manatı (ümumi həcmdən 35%) - könüllü həyat sığortası, 163 min manatdan artıq (ümumi həcmdən 65%) - icbarı həyat sığortasının payına düşür”, - deyə o qeyd edib.
N.İsmayılov bildirib ki, “Paşa Həyat Sığorta” 36% pay ilə həyat sığortası bazarıpnda ikinci yerdədir.
Onun sözlərinə görə, şirkət banklar vasitəsilə daha beş növ könüllü həyat sığortası məhsulu buraxmağı planlaşdırır. Həmin məhsullar agent şəbəkəsi vasitəsilə korporativ müştərilərə, həmçinin fiziki şəxslərə təklif ediləcək. “Məhsullar kredit alan şəxslərə aid olmayacaq. Onlar uşaqların sığortası, sağalmaz xəstəliklər və s. üçün nəzərdə tutulacaq”, - deyə o vurğulayıb.
O qeyd edib ki, şirkətin planlarına növbəti illərdə agent şəbəkəsinin yaradılması daxildir. Agentlərin sayı təxminən 50-ə çatacaq.
“Paşa Həyat Sığorta” şirkəti 2010-cu il fevralın 14-də fəaliyyət üçün lisenziya alıb. Onun yeganə səhmdarı “Paşa Holding” şirkətidir. Şirkətin nizamnamə kapitalı 15 mln. 50 min manata bərabərdir. Şirkət haqq yığımı üzrə aparıcı on sığorta şirkətinin sırasına daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət