2012-ci il dekabr aynın ortalarında “Şahdəniz” konsorsiumun “Nabucco-West” qaz boru kəmərinin tikintisi layihəsinə daxil edilməsi barəqə qərar qəbul edilə bulər. Bu barədə SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayev bazar ertəsi jurnalistlərə məlumat verib.
“Dekabrın birinci ongünlüyündə “Nabucco” konsorsiumu son təkliflərini hazırlayacaq (“Şahdəniz” konsorsiumuna bu layihədə iştirak etmk imkanı verməyə dair – İF-Az), daha sonra görüş keçiriləcək. Dekabrın ortalarında “Şahdəniz” konsorsiumun “Nabucco-West” layihəsinə daxil olması barəqə qərarın qəbul edilməsi prosesi başlayacaq”, - deyə R.Abdullayev bildirib.
Öncə SOCAR-ın prezidenti R.Abdullayevə istinadən məlumat verilib ki, “Şahdəniz” konsorsiumu TAP boru kəməri layihəsinin maliyyə dəstəyi barədə müqavilə imzalayıb. Bununla da həmin layihənin idarə edilməsinə nail olub. Bu isə onun təfərrüatları və son qiymətinə dair məlumat əldə etməyə imkan yaradır. Saziş həmçinin “Şahdəniz”in tərəfdaşlarının TAP layihəsində 50% pay əldə etməyə imkan verir.
Hazırda “Şahdəniz” “Nabucco-West” layihəsinin konsorsiumu ilə bu layihədə analoji iştiraka dair danışıqlar aparır. Bu konsorsiuma 2013-cü ilin ortasına kimi Azərbaycan qazının Avropaya nəqlinə nəzərdə tutulan bu iki boru kəməri layihələri arasında son seçim etməyə imkan yaradacaq.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya olunub. “Şahdəniz” layihəsinin iştirakçıları: “BP” (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), “NICO” (10%), “TotalFinaElf” (10%) və “TPAO” (9%) şirkətləridir.
“Mərhələ-2”nin dəyəri $28 mlrd. məbləğində qiymətləndirilir. “Mərhələ-2” üzrə qaz hasilatı 2017-ci ildə nəzərdə tutulub. İllik hasilat həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək.
TAP (Trans Adriatic Pipeline) layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin qücü illlik 10 mlrd. kubmetr qaz təşkli edir. Lakin tələbatdan asılı olaraq bu rəgəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür.
“Nabucco-West” layihəsi “Nabucco”-nun yenilənmiş variantıdır və Türkiyə-Bolqarıstan sərhədindən Baumqartenədək (Avstriya) qaz boru kəmərinin çəkilməsini nəzərdə tutur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət