ABŞ və Rusiya nüvə silahlarından istifadə haqqında Nanna- Luqara sazişi üzərində işi davam etdirirlər. ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Mark Toner çərşənbə günü brifinqdə belə söyləyib.
“2012-ci ilin iyul ayında biz mövcud sazişin müddətinin gələn ilə qədər uzadılması üçün proseduru uzatmağı təklif etdik.Bizim rusiyalılarla müzakirələrimiz davam edir”,- deyə diplomat əlavə edib.
O vurğulayıb ki, “biz tamamilə açıq şəkildə bəyan etmişik, Rusiya ilə bu mövzuda işi davam etdirmək niyyətindəyik”.
Xəbər verildiyi kimi Amerika prezidenti Barak Obama Rusiya ilə sözügedən sazişin inkişafına tərəfdar olduğunu bildirmişdi.
“Gəlin onu yeniləyək.Gəlin Rusiya ilə bərabər hüquqlu tərəfdaş kimi çalışaq.Gəlin hər iki ölkənin təhlükəsizliyi üçün lazım olan bu məsələ üzərində şalışaq. Mən nikbin düşünürəm. Biz bunu edə bilərik”,- deyə o silahların azaldılması sahəsində ekspertlərlə söhbət zamanı söyləyib.
“Rusiya bildirib ki, bizim indiki sazişimiz münasibətlərimizdəki dəyişiklik templərinə cavab vermir”,-deyən B.Obama əlavə edib ki, Rusiya ilə sazişin yeni versiyasını müzakirə etməyə hazırdır.
Nanna Luqara planı 1992-ci ildən reallaşdırılmağa başlayıb.Bu plan çərçivəsində ABŞ keçmiş SSRİ ölkələrinə nüvə, vkimyəvi, bioloji silahların istifadə edilməsində kömək etməyə başladı.
Sonrakı 20 ildə bu plan çərçivəsində Rusiya və ABŞ 8 mlrd. dollardan çox vəsait sərf edib.
Bu sazişin müddəti 2013-cü ilin may ayında başa çatır. Oktyabr ayında Rusiyanın hakim dairələri Vaşinqtona bu əlaqələri davam etdirmək niyyətində olmadığını bildirib. Moskvanın rəyinə görə,saziş diskriminasiya xarakteri daşıyır, eləcə də ABŞ üçün gizli hərbi məlumatları əldə etmək imkanı yaradır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət