2013-cü ildə ünvanlı sosial yardımın orta aylıq məbləği bir ailə üçün 120-130 manata çata bilər. Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov çərşənbə günü jurnalistlərə bəyan edib.
“Hazırda sosial yardımın məbləği bir ailə üçün 110 manat təşkil edir. Lakin gələn ilə ehtiyac meyarının artırılması nəzərdə tutulur. Bu səbəbdən 2013-cü ildə ünvanlı sosial yardımın orta aylıq məbləği bir ailə üçün 120-130 manata qədər artırıla bilər”, - deyə İ.Rəhimov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda təxminən 130 min ailə ünvanlı sosial yardım alır.
İ.Rəhimov əlavə edib ki, Azərbaycan və Rusiya hökumətləri Rusiyada çalışan azərbaycanlı əmək miqrantlarının hüquqlarının təmin edilməsi məsələsini müzakirə dirlər. “Rusiyada miqrantlarımızla prolemlərin olmaması üçün danışıqlar aparırıq. Hazırda Rusiyanın nümayəndə heyəti Bakıdadır, biz onlarla bu məsələləri müzakirə edirik”, - deyə o vurğulayıb.
Azərbaycan 2006-cı ildən ünvanlı sosial yardım sisteminə keçib. Ünvanlı sosial yardımın həcmi “ehtiyac meyarı” və ailənin bir üzvünün gəliri arasındakı fərqə əsasən hesablanır. Gəliri bu meyardan aşağı olan ailələr ünvanlı sosial yardım alıcılarıdır. 2013-cü ildə “ehtiyac meyarı” ayda 93 manat təşkil edir.
Azərbaycanın 2013-cü ilə dövlət büdcəsində ünvanlı sosial yardımın verilməsi üçün 206,2 mln. manat nəzərdə tutulur.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət