2012-ci ilin noyabr ayında Azərbaycanda inflyasiya oktyabr ayı ilə müqayisədə 1% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Noyabr ayında ərzaq məhsullarının qiymətləri 1,9%, qeyri-ərzaq mallarının 0,3%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb.
Hesabat ayında düyünün, çörəyin, qoyun ətinin, makaron məmulatlarının, toyuq ətinin, təzə balığın, süd və süd məhsullarının, yumurtanın, portağalın, bananın, almanın, armudun, narın, xiyar və pomidorun, bibərin, badımcanın, sarımsağın, kartofun qiyməti bahalaşıb.
Noyabr ayında qarabaşaq yarmasının, kərə yağının, günəbaxan yağının, şəkər və şəkər tozunun, naringinin, xurmanın, kələmin, çuğundurun, kökün, göyərtinin qiymətlərində ucuzlaşma müşahidə olunub.
Noyabr ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, nitro və yağlı boyaların, divar kağızlarının, kəsilmiş taxtaların, ağac lifli lövhələrin, parket və laminat parketin, kərpicin, mətbəx üçün mebel dəstinin qiymətləri bahalaşıb.
Həmin ay parket üçün lakın, pəncərə şüşəsinin, sementin, mətbəx üçün masanın qiymətləri isə ucuzlaşıb.
Noyabr ayında əhaliyə göstərilən pullu xidmətlərindən qadın üçün qış kostyumunun tikilişi, çilingər xidməti, mebel təmiri xidmətləri tariflərində bahalaşma müşahidə olunub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət