İcbari Sığorta Bürosu dekabrın 7-də 9707 nömrəsinə SMS xidmətini istifadəyə verir. Bu barədə Bürodan məlumat verilib.
Qanunvericiliyə əsasən, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemi” sığortalının bağladığı icbari sığorta müqaviləsinin mövcudluğu barədə mobil rabitə vasitəsilə təsdiqləyici bilgi almaq və həmin müqavilədə əks olunan məlumatları əldə etmək imkanı yaradır.
Bundan başqa, 9707 nömrəsinə SMS göndərməklə sığorta müqaviləsinin ləğv edilməsi və ya sığorta müqaviləsinin müddətinin bitməsinə 15 gün qalması ilə bağlı məlumat əldə etmək mümkün olacaq.
“Azercell”, “Bakcell” və “Azerfon” abonentləri bu xidmətdən istifadə edə biləcəklər.
Xəbər verildiyi kimi, abunəçilər 9707 nömrəsinə SMS şəklində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını göndərməklə sığorta şəhadətnaməsinin etibarlı olub-olmaması, onun hansı sığorta şirkətinə aid olması və sığorta hadisəsi baş verdiyi təqdirdə sığorta şirkəti ilə əlaqə saxlanılması üçün nəzərdə tutulan telefon nömrələri barədə məlumat ala biləcəklər.
Bundan başqa, qısa nömrəyə SMS şəklində sığorta şəhadətnaməsinin nömrəsini göndərməklə onun hansı sığorta şirkətinə aid olması və etibarlılıq müddəti barədə məlumat almaq mümkün olcaqdır.
Bir SMS-in qiyməti 0,20 manat təşkil edir.
İcbari Sığorta Bürosu “İcbari sığorta növləri haqqında” qanun çərçivəsində yaradılıb. Hazırda 12 sığorta şirkəti Büronun üzvüdür. Onlardan 11 şirkət avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərmək hüququna malikdir.
“İcbari sığorta növləri haqqında” qanun ümumilikdə, sığortanın 4 növünə şamil edilir: avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, sərnişinlərin icbari sığortası.
Büronun əsas məqsədi kompensasiya ödənişlərinin həyata keçirilməsi, bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. Kompensasiya ödənişləri icbari sığorta növləri üzrə xidmət göstərən sığorta şirkətləri iflasa uğradıqda həyata keçiriləcək.
Büronun təsisçisi və ya üzv olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, hər növ üzrə ayrıca depozit ödəməlidir.
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 200 min manat; sərnişinlərin icbari sığortası üzrə - 200 min manat təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət