Azərbaycan xalqının milli dəyərlərinin bərpasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri var. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında elan edilmiş “Milli dəyərlər ili”nə həsr olunmuş tədbirdə bəyan edib.
“Hər bir xalqın milli dəyərləri onun özünütəsdiq imkanı və milli pasportudur”, - deyə o qeyd edib.
“Azərbaycan xalqının milli dəyərləri uzun əsrlər boyu xalqımızın yaşadığı tarixi ərazidə formalaşmış çox mühüm tarixi nailiyyət və milli sərvətdir. Bizim malik olduğumuz milli dəyərlərimizin kökündə, ilk növbədə, Vətənə qırılmaz tellərlə bağlılıq, yüksək milli-mədəni irs və adət-ənənələr dayanır”, - deyə Ali Məclisin sədri bildirib.
O, Azərbaycan xalqının milli dəyərlərinin və tarixi yaddaşının bərpasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və vurğulayıb ki, ümummilli lider milli dəyərlərin mücərrəd sovet dəyərləri ilə əvəz olunması üçün səylər göstərildiyi ötən əsrin 70-ci illərində bu prosesin əksinə gedərək Azərbaycan xalqına məxsus dəyərlərin bərpası istiqamətində taleyüklü tədbirlər görüb. “Ali və orta məktəblər üçün Azərbaycan dili dərslikləri çap edilib. Bundan başqa, Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili dövlət dili statusu almışdı. Bu dövrdə yeni yaşayış məntəqələrinə və obyektlərə milli qəhrəmanların adları verilir, tarixi yer adları bərpa olunur, “Nəsimi”, “Babək”, “Dədə Qorqud” kimi filmlər çəkilirdi. Azərbaycan ədəbiyyatında, musiqisində, təsviri sənətində xalqın milli ruhunu, adət-ənənələrini təbliğ və tərənnüm edən çoxsaylı yaradıcılıq nümunələri meydana çıxırdı”, - deyə V.Talıbov qeyd edib.
“Bu ideologiyanın əsasını təşkil edən milli dövlətçilik, vətənpərvərlik, adət-ənənələrə bağlılıq prinsipləri bu gün də milli dəyərlərimizin yaşamasına təminat verir”, - deyə o bildirib.
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2011-ci ilin dekabrında keçirilən sessiyasında 2012-ci il “Milli dəyərlər ili” elan olunub. Bununla bağlı geniş tədbirlər planı hazırlanıb. “Milli dəyərlər ili”nin nəticələri təqdirəlayiqdir. Ötən bir il ərzində muxtar respublikada beynəlxalq rəsm, folklor və muğam festivalları, ədəbi tədbirlər, yaradıcılıq təşkilatları üzrə müsabiqələr, ailə dəyərlərinin qorunub saxlanılması ilə bağlı seminarlar keçirilib, milli dəyərlərin əsas daşıyıcısı olan xalq yaradıcılığının müxtəlif sahələri üzrə kurslar təşkil olunub. Bu dövrdə “Naxçıvan mətbəxi” və “Naxçıvan tikmələri” kitabları çap edilib, xalq yaradıcılığının ən qədim qaynağını özündə yaşadan “Şərur yallıları”ndan ibarət disk buraxılıb, qədim milli musiqi alətlərinin təbliğinə diqqət artırılıb və digər tədbirlər həyata keçirilib.
Sonra tədbir iştirakçıları xalq sənəti, milli musiqi və mətbəx nümunələrindən, “Milli dəyərlər ili”nə həsr olunmuş kitab, jurnal və qəzetlərdən ibarət sərgiyə baxıblar. Qeyd olunub ki, istehsal müəssisələrində milli sənətkarlıq və hədiyyəlik əşyaların hazırlanmasının təşkili istiqamətində mütəmadi fəaliyyət göstərən emalatxanalarda 3 aylıq təlim kursları təşkil edilib, 10 sənətkarın əl işləri və rəsm əsərlərinin fərdi sərgi-satışı həyata keçirilib, xalçaçılıq və dekorativ tətbiqi sənət sahəsində fəaliyyət göstərən sənətkarlara güzəştli şərtlərlə kredit verilib.
NMR sədri ayrı-ayrı sənətkarlarla görüşüb və onların fəaliyyəti ilə maraqlanıb.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət