Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətinə sığorta bazarının peşəkar iştirakçıları tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin satışı zamanı qanunvericiliyin tələblərinin pozulması barədə məlumatlar daxil olub. Dövlət Sığotra Nəzarəti Xidmətinin Lisenziyalaşdırma , ərizə və şikayətlər şöbəsinin rəisi Mahir Abdullayev cümə günü Sığorta Agentlərinin birinci Milli Forumunda çıxışı zamanı belə bildirib.
2011-ci il dekabrın 16-dan Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif əsasında satışına başlanılıb.
“2012-ci ilin əvvəlində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin satışı zamanı müxtəlif hədiyyə kampaniyaları təşkil edilirdi, onda polis satışları ilə yanaşı agentlər hədiyyələr də təklif edirdilər.
Sığorta şirkətləri bu vəziyyəti sığorta agentlərinin təşəbbüsü olaraq izah edirdilər.Dövlət Sığorta Nəzarəti Xidməti o zaman bu cür kampaniyaların keçirilməsini qadağan etmişdi, çünki bu qanunvericiliyə ziddir”,- deyə M.Aqbdullayev söyləyib.
Onun sözlərinə görə, hazırda ölkə regionlarında belə hədiyyə kampaniyalarının bərpa edilməsi barədə xidmətə məlumatlar daxil olmağa başlayıb.
Bununla yanaşı, o bir daha xəbərdarlıq edib ki, belə hərəkətlər qanuna ziddir və qanun pozucularına qarşı sanksiyalar tətbiq ediləcək.
M.Abdullayev əlavə edib ki , hazırda Azərbaycanda sığorta agenti kimi fəaliyyət göstərmək üçün 46 hüquqi, 597 fiziki şəxsin lisenziyası var.
Söğorta Nəzarəti Xidmətinin Lisenziyalaşdırma , şikayət və ərizələr şöbəsinin məsləhətçisi Firdovsi Ağaşirinov forumda çıxış edərək bildirib ki, Maliyyə Nazirliyinə sığorta agentlərinin fəaliyyəti ilə bağlı şikayətlər daxil olur.Bu şikayətlər əsasən, sığorta agentlərinin səriştəsizliyi, müştərilərlə münasibətdə etiket qaydalarına əməl edilməməsi ilə bağlı olur. “Bundan başqa, sığorta agentləri bağlanmış müqavilənin mahiyyətini izah etmirlər, müştəriləri sığorta şərtləri ilə tanış etymirlər.Agentlər özləri də bəzən normativ sənədlərdə və qanunvereicilikdəki son dəyişikliklərdən xəbərsiz olurlar”,- deyə o qeyd edib.
F.Ağaşirinov qeyd edib ki, xidmət Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə (ASA) sığorta agenti kimi fəaliyyət göstərmək istəyən şəxslər üçün xüsusi kurslar təşkil edir. “ASA gələcəkdə lisenziyalı sığorta agentləri üçün də xüsusi kurslar təşkil etməyi planlaşdırır”,- deyə o vurğulayıb.
İSB-nin icraçı direktoru Elxan Quliyev bildirib ki, hazırda sığorta şirkətlərinin işçiləri də daxil olmaqla 2 mindən çox adam avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya bazasından istifadə edə bilir.
Bununla yanaşı, o qeyd edib ki, bəzi sığorta agentləri öz işlərinə həmişə məsuliyyətlə yanaşmırlar. “Elə hallar olub ki, sığorta agentləri müştəri ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilə bağlayıblar, lakin polis barədə məlumatlar bir neçə həftə informasiya sisteminə daxil edilməyib.Həmçinin, heç də bütün agentlər informasiya sisteminə sığorta polisi barədə məlumatı düzgün daxil edə bilmirlər”,- deyə o qeyd edib.
Sığorta agentlərinin I Milli Forumunun təşkilatçıları ASA və Maliyyə NazirliyininDövlət Sığorta Nəzarəti Xidmətidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət